Ey nazı çox dilbər, məni yandırma hicrin narinə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey nazı çox dilbər, məni yandırma hicrin narinə,Çün yanaram pərvanətək şəm’-rüxün ənvarinə.
Hicrin şərabı acıdır, müştaqə içirmə anı,Neçin ki, yar ol ağuyu içirməz, ey can, yarinə.
Hüsnündən, ey şəmsü qəmər, afaqə düşdü fitnələr,Kimdir yetən əndişəsiz zülfü rüxün əsrarinə.
Dünyavü üqbadə mənə məqsud sənsən, yoxsa mənÜqbayə sənsiz baxmazam, həm dünyanın miqdarinə.
Vəslindən oldum çün qəni, mən mülkü malı neylərəm,Mən künfəkani vermişəm vəsli-rüxün didarinə.
Saçır xəyalın nəqşinə lö’löi -şəhvarı gözüm,Ey dişləri dür, bax anın dürdaneyi-şəhvarinə.
Üzün ənəlhəqqi məni zülfündə bərdar eylədi,Mənsur olandır asılan aləmdə eşqin darinə.
Təsbih ilə səccadə çün zərq əhlinin ərkanidir,Aşiqlərə zülfün yetər də’vət qıla zünnarinə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gər vasil olmaq yar ilə istərsən, ey aşiq, bu günGəl ur Nəsimi tək qafa kövnü məkanın varinə.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-ey-nazi-cox-dilber-meni-yandirma-hicrin-narine
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Mən sənə heç vaxt«Sevirəm» demədim.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Qəzəl: Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalıHəzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali
DağlarZimistan dolanıb bahar çatanda,Al-yaşıl geyinib, bar olan dağlar.