Könlümün viranəsində gənci-pünhan bulmuşam,Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam.

Eşq dərdindən qaçan könlüm usana, çünki mənDilbərin dərdində hər dəm bunca dərman bulmuşam.

Küfr əgər iman deyilsə pəs niçün düşmüş ki, mənKüfri-zülfün həlqəsində nuri-iman bulmuşam?

Xızr əgər zülmata vardı, istədi abi-həyat,Mən dodağın çeşməsində abi-heyvan bulmuşam.

Dişlərin əksi, nigara, könlümə nəqş olalı,Gözlərim bəhrində hər dəm dürrü mərcan bulmuşam.

Rövzeyi-rizvanə də’vət qılma, ey zahid, məni,Çün mən ol dərgahdan səhni-gülüstan bulmuşam.

Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Nəsimi, canımı şol qaşa qurban eylədim,Gör nə gögçək şol hilali-yayə qurban bulmuşam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love