Şuşa
Ah çəkir, hay salır dərdli meşələr.Millətin görəcək günləri varmış.Mərdlik üzərində ucalan şəhər,Satqınlıq önündə gücsüz qalarmış.
Dedi göylər də ağı,Rəngi rəngə qatdılar.Bu ziqiymət torpağıNə qiymətə satdılar?
Buludlar halay çəkir,Solur təzə pöhrələr."Ərimgəldi" hay çəkir,Uğuldayır dərələr.
Uca dağları da bu gün yaş boğur,Qayadan yetim tək baxır qalalar,Nə orda gözləyən bir gəlin durur,Nə çarpaz yollarla gələn bir ər var.
Namus tapdalandı biz necə dözdük,Yer yandı, göy yandı biz necə dözdük.Dözdük...Günahkarı biz özümüzdük.
Deyin mən bu dərdiÇəkim nə qədər.Ahımdan asiman qoy parçalansın!Günəşlə yanaşı duran bir şəhər,Zülmət övladının əlində qalsın?Vaqif məzarında gəldi dəhşətə,Daşaltı küləyi — pərişan ruhu.Görən necə dözdü bu xəyanətə,Üzeyir gəncliyi, Natəvan ruhu.Yaşıl kölgəlikdən süründü ölüm,Gözəllər əlvida dedi həyata.
— Ata, öldür məni qurbanın olum,Ölüm-əsirlikdən xoşdur, ay ata!Ata səndirlədi, titrədi durdu,Bir güllə qızına,Bir güllə özünəGözləri yaşaran o ata vurdu,Dünyaya bəxş etmişöz övladıylaO getdi dünyadan qeyrət-adıyla.Eşitdim, qəlbimdəqanım da dondu.Bir nəslin ismətibelə qorundu.Fikir asır məni dardanDönə-dönə bu gün, Allah!Uca Şuşam yuxulardanHəqiqətə dönsün, Allah!Qovub yadı torpağımdan,Xalqım qisas alsın, Allah!Sərçələrin caynağındaLaçın necə qalsın, Allah!Qaytar cahi-cəlalımı,Uca Allah, qadir Allah!Yerlə-yeksan XocalımıZirvələrə qaldır, Allah!Milyon qərinədir,min qərinədir.Vicdan üfüqümüz safdır, təmizdir.Biz indi bildik ki,satqınlıq nədir:Kürəyə sançılan öz gülləmizdir.Sözlərim bitməyir... Susmur haray, ah!Xəyalən gəzsəm də beş qitəni mən,Öz Şuşa qitəmə qayıdıb sabah,Qoyaram şerimə son nöqtəni mən!
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-susa
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Sərvəti olana gen olan dünya,Görəsən kasıba dar niyə olub?
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,