Ətmək! Allah eşqinə bir loğma ətmək! – deyə fəryad edirlər. Minlərcə müsəlman “ölməmək üçün” bir tikə çörək axtarırlar.

Çörək əvəzinə çarıqlarını, başmaqlarını, tasmalarını çoxdan gəmirib qurtarmışlardır. İndi az qalıb özlərini parçalasınlar. Lakin ona da taqətləri yox. Əcəba, bunlar, bu bədbəxtlər hardadır?

Ürəyiniz o qədər qayımdır ki, xəyalə gəlməyən o fəlakət mənzərəsini yaxından görmək istəyirsiniz. Çox əcəb, buyurun:

Axalkələkdən Ərdəhana, Oltiyə gedin. Uzun şose yolu müsibətin başlanğıcı olan Zazola kəndindən Oltiyə 150-200 verstdir. Bu yolun boyunca gedin, iki tərəfə baxın. Oralarda minlərcə müsəlman kəndi uzaqdan birər qaraltı kimi görünəcəkdir. Sağ tərəfə dönün, bir az daha irəli gedin. Nə var, yenə dayanıb şəkk edirsiniz? Kənddə insan qalmadığını, bu xarabaların tütünsüzlüyündənmi qandınız? Göyün aşagı tərəfində beş-on gün əvvəl yandırılan evləri əski xarabamı sandınız? Zərər yox. Görünüz, siz özünüz də bir az isinmək yeri axtarırsınız. O halda soldakı tək-tük evlərin buxarılarından az-az tüstü çıxdığını görəcəksiniz.

Kəndə yaxlaşdıqca orda-burda qarlarla yarım-yamalaq örtülmüş boz ləkələr, çıxıntılar nəzərinizi cəlb edəcəkdir. Qoyun mən sizə bunları deyim. Guya təbiət bura müsəlmanlarının minlərcə şəhid ediləcəyini bilib hamısı üçün bu yumşaq qalın qardan ümumi kəfən hazırlamış, külək, ruzigar vasitəsi ilə onları, o qurbanları bacardığı qədər gömmüş, basdırmış.

Evlərə yaxlaşın, qapıların önündəki qırıq, dağınıq şeylərin arasından keçin. Lakin gözləməyin ki, ev sahibi çıxıb sizi içəri çağırsın. Yeşiyin sol tərəfində büzülüb oturmuş kimi görünən qocadan da xatiriniz qalmasın. O, üç gündən artıqdır ki, yeşiyin üstündə yardım gözlüyə-gözlüyə oradaca donub qalmışdır.

Evin havisindəki qırmızı üzlərə təəccüb etmiyin, bir az daha içəri gedin, kibrit yandırıb içəriki ev qapısının dalındakı qaranlıq guşəyə baxsanız, on dörd-on beş yaşlarında iki vücudun, o sevimli bacı-qardaşın bir-birilərinə bərk sarılıb yerdə yatdıqlarını görəcəksiniz. Qızm ətəklərinin parça-parça olduğuna diqqət edib bu iki əziz vücudu bir-birilərindən ayırmaq üçün nə qədər çalışıldığına da fikir edin. Bir az əyilib baxsanız, qızın sol məməsinin altından, bacısını özündən ayırmayan oğlanın alnının sağ tərəfindən güllələndiklərini görəcəksiniz.

Göz yaşlarınızı silib otaqlara baxınız: döşək-kilimləri getmiş, sandıqları dağılmış, anbarları parçalanmış, ev adına dörd divar ilə bir səqfdən özgə bir şey qalmadığına təəccüb etmiyin. Etmiyin ki, yıxılıb yer ilə yeksan edilmiş bəzi qonşu kənd evlərinin yanında bunlar yenə bir şeydir.

Ordan çıxıb bacasından bir az tüstü çıxan qonşu evə də gedin. Qorxmayın it-zad yoxdur: onlar kəndin arxasındakı dərədə yekə qayanın dibində yatan sahiblərinin cəmdəklərini yeməyə getmişlər.

Həmin mələşmə, ağlaşma səsləri gələn açıq qapıdan içəri girin. Lakin görəcəyiniz müsibət lövhəsinin qarşısında şiddəti-təsirdən özünüzü itirməyin. Bir az sükutla girib baxsanız, bir yanda bənizi solğun, gözləri süzgün, halı ölgün bir ananın üstünə bir çox səbirlərin düşüb “ana, ana!., bir loğ…ma ye…mək!” – deyə zarıdığını, kimi anasının boş məməsini çeynədiyini, kimi anasının əlindəki çarıq parçalarını gəmirdiklərini görəcəksiniz. O biri guşədə üç-dörd qoca arvad-kişinin başlarını bir-birinin dizlərinə, qucaqlarına qoyub dərindən inlədiklərini eşidəcəksiniz.

Taqətdən düşüb yatan ananın qızarıb qana dönən göz yaşları ilə ağlaması, səbilərin fəryadi-fəğanı, qocaların ahu-əninləri bir-birilərinə qarışıb qulağınıza dəydikcə harada olduğunuzu itirəcəksiniz.

Sanırmısınız ki, birər loğma çörəyinizlə canlarını “ölümdən qurtaran” böylə qarabəxtlilər bir neçə yüz, bir neçə mindir? Nə fikr edirsiniz? Niyə dayanmısınız? İrəlisi daha lazım deyil: görəcəyiniz bunlardan daha betər, daha yanıqlı, daha dilsuzdur. Sizin bir neçə bədbəxti ölümdən qurtarmanızdan nə çıxar? Əhvalın, xəyala gəlməyən fəlakətin xırda bir nümunəsini gördünüzmü? İştə bu bəsdir! Qayıdınız, cəld qayıdınız, yaşamaq istiyən müsəlmanlara, istiqbalını, axirət və aqibətini fikr edən qardaşlarınıza bağırınız:

– Ey cənnət, əbədi həyat istəyən dövlətli ağalar, möhtərəm bəylər! Ey millətin şövkəti və əzəməti ilə yaşamağı arzu edən ziyalılar! Ey Mədinəyə varıb peyğəmbərin qəbri üstündə miskinlərə, yetimlərə yardım edəcəyini, əsil müsəlman olacağını and içib töbeyi-istiğfar edən hörmətli hacılar! Ey minbərlərdə möhtaclara ianə edib peyğəmbərin yolu ilə getməyi vəz edən axundlar, əfəndilər! Ey mövlud və məhərrəmlikdə ehsan verib peyğəmbər və onun Əli övladının ruhi mübarəklərini şad etmək istəyən möminlər! İştə qarşınızda bir loğma çörəyə möhtac minlərcə dul, yetim, qoca və miskin canlar. İştə bunlara yardım edib peyğəmbərin, insanlığın yolu ilə getmək vaxtı bu vaxt, bu sıradır. Fikrətin aşağıda dərc olunan şeri bu hal üçündür:

Su lövhə qəlbimi təhrik üçünsə kafidir,

Ürək davam edə bilməz bu halə, olsa dəmir; Dəmir ürəkli bir insan da böylə hali Görərsə sızlayar, ağlar; bu qəmli timsali, Bu qəmli mənzərəni dəhşətilə bir an alın Və yollanın vətənin qarlı, buzlu bir yerinə; Ürək yaxan bu yaman sərgüzəşti xeyli qalın, Qalın bir örtüyə bükməklə gizlədin ki, yenə -

  • İçində saxlayaraq öz fağır fəlakətini Yabançı gözlərə göstərməsin səfalətini...

Nasıl təhəmmül edər sonra qarşısında deyir, Bunun, bu qəmli, dəhşətli, dərdli səhnəciyin Bəşər fəlakətinə dözməyən təmiz bir ürək?

Dərin uğultulu çarpıntılarla inləyərək

Bu qəmli mənzərəyə ağlamaqda qəlbi yerin...

Sizin də qəlbiniz, əlbəttə, acır, deyilmi?

Edin bu dullara, yoxsul yetim-yesirə kömək Verin iniltisinə son bu bir yığın bəşərin.

Ömər Faiq Nemanzadə

“İqbal” qəzeti, 21 yanvar 1915, №844

Qəzetin əlavəsi:

“İqbal”. Bu məqaləyə əlavə olaraq yazdıqları xüsusi sətirlərdə Faiq əfəndi “hanı rəsmi rüsxət, neçün gecikdi!” – deyə soruyor. Bunun cavabını isə cəmiyyəti-xeyriyyə əzasına həvalə ediyoruz da tələsik və müsbət bir cavablarına intizar əhlinin qəti bir şey yazmaqdan saklanırız. Fəqət əfkari-ümumiyyənin müavinət etməyə mühəyya olduğunu hər tərəfdən gələn fəryad və istimdadlarla bərabər əhalimizin kasibeyi-füqəra qismi tərəfindən idarəmizə göndərilən ianələrin dəxi göstərməkdə olduğuna diqqət etmələrini bilxassə rica edəriz.

“İqbal” qəzeti, 21 yanvar 1915, №844

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Axır Çərşənbə

“Köhnə günə gün çatmaz, çalasan günü günə”. Doğrudan belədir. Hanı o keçən günlər? Bir vaxt var idi, Allah ölənlərinizə rəhmət eləsin, axır çərşənbə günü rəhmətlik xan, torpağı sanı yaşayasınız, əlində tənbəki çubuğu, papaq əyri, çıxardı güllüyə, hamı camaat, ağsaqqal, qarasaqqal dövrhadövr əyləşərdilər, Kor Muqdusi koxa başlardı “Koroğlu”nu. Vallah, elə zurnaçı hələ dünyaya gəlməyib. Cavanlar çıxıb güləşərdilər, boğuşardılar, ta axşama kimi. Axşam olanda hamının kefi kök dağılıb gedərdik. Bax bayram belə olar.Doğrusu, bu çərşənbə menim xoşuma gəlmədi. Hərçəndi əvvəlki kimi bir çoxluca tüfəng, tapança, fişəng, taraqqa atdıqsa, amma genə əvvəlki kimi olmadı: ne qoç döyüşdürmək, ne at çapmaq, nə güləşmək. Bunlar olmadı. Deyəsən, camaat lap dinlərindən və məzhəblərindən çönüblər. Belə bayram olar? Heyif o zamanlar! Elə, aşna, xeyir-bərəkət də onlaman getdi. Genə az-çox xeyir-bərəkət varsa da, bu müsəlman övrətlərinin ucundandı. Bacılarımız heç öz dinməzhəblərin əllərindən ötürməyiblər: çərşənbə axşamı yaxşıca çərşənbə dinşemək, sübh tezdən yeddi dəyirmanın suyuna çimməyə məşğuldular, qəbiristanda köhnə rəhmətliklərin başdaşını çox qabiliyyətləri çöndərərdilər. Allah o bacıların qəlbindəki mətləbini yerinə yetirsin. Bax, bayram belə olar!

19071 min
Sirkə

Bu arvadların məkri ve hiyləsi olmasa, adam min il yaşar! Mən özüm çox yaxşı bilirdim ki, bizə sirkə qoymaq düşməz. Rəhmətlik nənəm deyərdi: bizə sirkə qoymaq düşməz.Rəhmətlik nənəmin bir ağ xoruzu var idi. Rəhmətlik sağlığında onu çox istərdi. Çünki bu xoruz xoruzların seyidi idi. Hansı evdə o olsa o evə cin gəlməz, bəla enməz, həmişə təhnə-tabaqda bərəkət olar. Bir neçə gün bundan qabaq nənəmin xoruzu ağacdan yıxılıb öldü. Gecə mən yəqin elədim ki, bir ziyan toxunacaq, çünki gecə sağ gözümün üstü elə uyuşurdu. Allaha təvəkkül deyib yatdım. Sabahdan ki, xoruzun meyitini yerdə gördüm, fikirnən bağçanı gəzirdim, bir də gördüm, bağçada bir küpə, içində sirkə. Bədbəxt arvad məndən xəlvət sirkə qoyub. Vay, evin yıxılsın, yıxdın mənim evimi! Tez gəlib “üç talaq, məndən boşan” – deyib arvadı evdən qovdum. İndi uşaqlar mələyə-mələyə qalıb. Bunların hamısı sirkənin xeyri oldu. Amandı, Molla dayı, buna bir əlac.

19071 min
Qəribə Qutu

Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani İdarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka”göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasuna yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qamı yoğun molla əyləşib.Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi “Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçerlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevinəvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəfn və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır.

19071 min
Qayırma Hədislər

Biz keçən vaxtlarda bir dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə süylədikləri hədisələrin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb.

19071 min

Poems by other poets