Qarşımda ən zərif çılpaq bir bədən,dünya mavi dəniz, o ağ bir ada.Nə nurdan seçilir, nə abidədən,odur yaradan da, yaradılan da.

Yox, yox, Çakondanın varmı bənzəri,başqa bir aləmdi bu surət, bu səs.Dünyanın ən gözəl sənət əsəridünya sərgisinə qoyula bilməz.

Şirin təbəssümü dodağındadır,Hüsnün gözəlliyi necə əzizdir.Səadət gözümün qabağındadır,mənim səadətimməsafəsizdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets