Söyüd
Hüseyn İbrahimova
Yenə Təbriz sözü gəldi dilimə,babam Xətayinin şəhəridir o.Qurşayın Arazı mənim belimə,Təbrizin açılmış kəməridir o.
Araz qırağında, küləkli gündə,mən bir söyüd gördüm çayın üstündə.Dağılmış saçını gah yel yolurdu,gah da ki, tikanlı məftil yolurdu.Əyilib o tayı öpürdü söyüd,əyilib bu tayı öpürdü söyüd.Saçını o taya səpirdi söyüd,saçını bu taya səpirdi söyüd.
Yüz belə küləklər əsib üstündənbirdi bahar ona, birdi qış ona.Sərhəddə bitdiyi birinci gündəntikanlı məftillər sarınmış ona.
Söyüd bitdiyinə peşiman olmuş,söyüdü görənlər perişan olmuş.
Söyüdüm, əyilib o tayı öpdün,gətir saçlarından öpüm, söyüdüm.Söyüdüm, saçını bu taya səpdin,gətir saçını də öpüm, söyüdüm.Üstünə gül-çiçək səpim, söyüdüm.
Fikrə qərq olduğum sərhəd boyunda,sərhədsiz göründü dünya gözümə.Əsr yarım keçdi bu bircə anda,külək toz-torpağı çırpdı üzümə.Sandım ki, yel əsir əsr yarımdı,söyüdün saçları öz saçlarımdı.Dondu damarımın elə bil qanı,demə, qanunlara mən qulaq asdım.Bölmədim, bölünmüş Azərbaycanı,söyüdlə birlikdə bağrıma basdım.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-soyud
Use ← → keys to move, R for a random poem
More by this author
“On səkkiz yaşımı Sizə bağışlayıram,*şöhrətinizdə gözüm yoxdu, yetmişi mənə*
Fəlsəfənin riyaziyyatıKitab da bir ömrün vəsiqəsiymiş,gah sevinc bürüyər, gah kədər məni.
Bir qəbir nəğməsən, dərdişŞair dostum Şahmar Əkbərzadə ilə*“Dərdiş” rədifli şeir yazıb deyişmişdik.*
Camal Mustafayevfilosof*Platon dedi ki, fanidi dünya,
Poems by other poets · Homeland
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
DolaşmaEy Molla dayı, gəl bu müsəlmanə dolaşma,İnsaf elo, hər sahibi-iymanə dolaşma.
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,