Nəcib, mehriban bir insanlaömür sürdüm;Dostlarımdan, yar-yoldaşımdan,Məhəbbət, ehtiram gördüm.Balalarım ləkəsiz böyüdü,Qulağımdan çıxmadıbabalarımınnamusla yaşamaq öyüdü.Arabir sancan da oldu məniqadınlar arasında,Gizlətdim bu kiçik ağrılarıürəyimin sağalmayan yarasında.Gözəl insanlarınsöz-söhbətindən doymadım,Yasəmən ətrindən,dost məhəbbətindən doymadım.Şirin dilli, şux təbiətliVətən gözəlindən doymadım.Sevdiyim, çox sevdiyimFüzuli qəzəlindən doymadım.Səfalı yaylaqlardan doymadım,Sərin bulaqlardan doymadım.Dağ döşündə yırğalanangüldən, çiçəkdən doymadım.Muğam dinləməkdən doymadım.Arzulardan, xəyallardan doymadım.Bəzən cavab tapdığım,Bəzən də tapmadığımsuallardan doymadım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets