Yaralı gəlmişəm fani dünyaya,Mənim sağalmağa dərmanımmı var?Əzrayil gələcək canım almağa,Onu verməməyə fərmanımmı var?

Sana qurban olum, a mehribanım,Bu qəmü möhnətə necə dayanım?Kim bilə dərdimi, kim kəsə yanımMənim Ələsgərim, Qurbanımmı var?

Mənim ahım ərzü səmanı tutar,Sən məni eylədin Sənandan betər.Bu hicran odundan İmanı qurtar,Yolunda sadağa bir canımmı var?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets