«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)

Gər yapmasa Şura sənədin əldə bir alət
Öz fitnəsin ixfa edəməz oğru siyasət.

Hind işçisi axırda əgər qılsa bir üsyan
Balkanda bu gün hərb aça gər sərvətə dəhqan
İngiltərəyə lə’n edə gər həp Ərəbistan
Bu işdə də Şuralar edər məncə dəxalət
Şura sənədin eyləyərəm fitnəmə alət.

Bir lord ola gər Misrə də, Sudana da hakim
Vəhşətlə Trablisə girə bir sürü zalım
Bir söylə mənə «növbə»nin üsyanı nə lazım?
Millətlər əgər təngə gəlib yapsa qiyamət
Şura sənədin eyləyərəm əldə bir alət.

Hazırlamışız Kə’bədə çoxdan bəri cəncəl
Getdikcə Mərakeşdə, Fələstində bir əngəl
Hazırlayırız Şərqdə hər il neçə Feysəl
Aləm bizə müstəmləkədir iştə kifayət
Şura sənədin eyləmişiz dildə bir alət.

Minlərcə fırıldaqlar əgər çıxsa «Xəta»də
İranı da bəl’ etməyə gər qılsam iradə
Bişübhə əgər çıxsa bir üsyan fuqəradə
Əlbət belə üsyanı qəbul etməz «ədalət»
Şura sənədin eyləyərəm burda da alət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire