Bakı ittifaqı el dükanlarını artırdıqca xüsusi dükançıların şikayətləri də artmaqdadır.

Bilməm nə kələk açdılar dükkan üçün, oğlan,
Bir müştəri gəlməz daha dərman üçün, oğlan!

Hər küncdə bir baksayuz açdıqda yanımda
Bağrım yarılır təkcə bu viran dükanımda
Gəldikdə nalog az qala od yandı canımda
Olsun nə qədər səbr bir insan üçün oğlan
Bu qüssə rəvadırmı müsəlman üçün oğlan?

Boşdur qutular, yoxdur əsər simü zərimdən
Çəkmiş öz hasarın tor atan dövri-bərimdən
Birəhm siçan qaçmayır artıq nəzərimdən
Dükkan yaranıb yoxsa bir heyvan üçün oğlan,
Nastoykada, vıstavkada cövlan üçün oğlan?

Həp ruhum ölüb yox şu keçən qüvvətli-bazu
Tərpənməmiş üç gündə bu biar tərəzu
Mal varsa da bir kimsə deməz söylə nədir bu?
Qoymuşla məni yoxsa nigəhban üçün oğlan?
Yoxsa qaraul qoydula dükkan üçün oğlan?

Keçdi o zaman kəndliyə verdim mən əzabı
Yüz dəf’ə qızıb başına çaldım bu kitabı
Gündə yüzünə vermiş ikən barmaq hesabı
İndisə qəpik tapmayıram nan üçün, oğlan,
At kəlləsiyəm yoxsa bu bostan üçün oğlan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire