Süruri-xəlvət Hüseynqulu xan
Page 1 of 5
Axşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı.
Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə:
– Yaxına təşrif gətir, mənim mehribanım! – deyərək ona yalvarırdı.
Lakin Hüseynqulu xan onun yalvarışlarını eşitmirdi. Axırda Rəşidülmülk ayağa qalxdı və onun gözlərindən öpərək:
– Səbəbsiz inciməyin nə mənası vardır? – dedi.
– Səbəbsiz dünyada heç bir şey yoxdur. Səbəbi odur ki, siz məni aldadırsınız.
– Həzrət Seyidüşşühədaya and olsun ki, mən heç vaxt səni aldatmamışam.
– Hərgah siz məni aldatmırsınızsa, bəs nə üçün vaxtı keçirirsiniz? Artıq mənim iyirmi iki yaşım vardır. Mənim də, Mahru xanımın da cavanlığı keçir, biz nə vaxt evlənəcəyik?
– Mən sənə söz vermişəm, nə Mahru, nə də sən buradan kənara çıxmayacaqsınız. Qız səninkidir. Mən yaxın zamanda onu razı sala- «ağam. Məni incitmə, götür paltarlarını geyin, nə üçün gözəl vaxtımızı hədər edirsən?
Hüseynqulu xan Süruri-xəlvət gətirdiyi çamadanı götürüb pərdənin dalına keçdi, Mahru isə qapının dalında oturub düşünürdü. Onun üçün Rəşidülmülkün bu xəyanəti təzə xəyanət idi. Mahru Rəşidülmülkün onu öz csevgilibsi Hüseynqulu xan kimi bir əxlaq pozğununa vədə verdiyini bilmirdi. O, bunları eşitdikdən sonra daha otura bilmədi, öz otağına qayıdıb yatağına uzandı.
Hüseynqulu xan pərdənin dalından çıxdı. İndi o, Hüseynqulu xan deyil, Məhbubə xanım? adında iyirmi iki yaşlı avropalı qız idi. Rəşidülmülk qalxıb onu qarşıladı, öz yanında əyləşdirdi, zəngi çalıb xidmətçini çağırdı, bir neçə dəqiqə keçmədən xidmətçi şərab busatını düzəltdi, 6Məhbubə xanım? isə piyalələri bir-birinin dalınca boşaldıb Rəşidülmülkün başını düzəltdi.
Rəşidülmülk qalxıb pərdənin dalından qızıl, firuzə və sədəflərlə düzəlmiş kamançanı gətirib «Məhbubə xanım?pa verdi:
– Al, mənim Məhbubəm, al! Kəbənin tağı qədər müqəddəs olan qaşlarına and içirəm, nə qədər ki, sən varsan, evlənməyəcəyəml
– Sözlə olmaz, bunu yazılı olaraq mənə verməlisiniz!
– O da mənim gözüm üstündə. Ancaq sən çal və oxu!
– Durub öz dediyinizi yazın, sonra...
Rəşidülmülk qalxıb yazı stolunun dalına keçdi. Qələmi götürüb yazdı və «Məhbubə xanımşa göstərdi:
– Buyur, mənim varlığım! – dedi və kağızı stolun üstünə atdı.
Məhbubə xanım?, doğrudan da, bir qadın şivəsi ilə oxumağa və çalmağa başladı:
Saqi, meyi ver, xumdə şərab olduqca,
Abad elə könlümü xarab olduqca,
Eşq atəşinə cismimi yandır, saqi,
Ləzzətli olar badə kabab olduqca.
Saqi, dolanım başına ləbriz elə cam,
Gün keçdi, tükəndi ömür, getdi əyyam.
Sındırdı əlimdə şişəni səngi-cəfa,
Bu deyrü dəhrdə almadım zərrəcə kam.
Gecə saat on iki idi, 6Məhbubə xanım? yenə də paltarın çıxarıb çamadanına qoydu, Rəşidülmülk isə xidmətçini səsləyərək:
– Faytonu qoşub cənab Hüseynqulu xanı evlərinə aparsınlar,
– dedi.
Hüseynqulu xan Süruri-xəlvət çıxıb getdikdən sonra Rəşidülmülk zəngi vurub Mahru xanımı çağırdı, çünki onun yazı işlərini hər gecə Mahru xanım sahmana salırdı. Hələ Mahru xanım otağından çıxıb onun yanına getmədən, nökər daxil olub Kazım Davatgər oğlu ilə Sallax Süleymanın gəldiyini xəbər verdi.
Rəşidülmülk onları böyük bir hörmətlə qəbul etdi. Kazım Davatgər oğlu cibindən bir məktub çıxarıb Rəşidülmülkə uzatdı və özlərinin Mirzə Davər xan tərəfindən göndərildiyini danışdı. Rəşidülmülk məktubu oxuyub stolun üstünə qoydu və:
– İki nəfəri, bir Əbülhəsənbəyi, bir də onun qardaşı Əsədi, razısınızmı? Hər birisi üçün beş yüz tümən. Dörd yüzünü indi, altı yüzünü də öldürdükdən sonra.
Kazım bunu təsdiq etdi:
– Biz Mirzə Davər xanla da belə danışmışdıq, lakin gərək həzrət əşrəf bizi tələsdirməsin, çünki bunları öldürmək cücə öldürmək deyildir, gərək elə bir zamanda öldürək ki, nə bizim, nə də həzrət əşrəfin adı çəkilməsin.
– Əhəmiyyət verməyin, cənab ağa! Onlar adi adamlardır. Sizə bunu hökumət əmr edir. Hökumət də onların öldürülməsindən ötrü heç kəsi tutub cəzalandırmayacaqdır, öldülər, qurtardı getdi.
– Allah həzrət əşrəfin kölgəsini bizim başımızdan əskik etməsin. Həzrət əşrəf çox yaxşı bilməlidir ki, bizim bu xidmətimiz pul üçün yox, ancaq həzrət əşrəfin şərəfini mühafizə etmək üçündür.
– Qeyrətinizə qurban. Belədir. Belə də bilirəm. Lazımi vaxtında sizi istədiyiniz vəzifəyə də təyin edərəm, mən sizin dəyərli adam olduğunuzu Hacı Şücaüddövləyə danışmışam. Onun özü də sizə əhəmiyyət verməyi mənə tapşırmışdır.
Bundan sonra sərdar Rəşid sandıqları çağırdı, dörd yüz tümən gətirilməsini əmr etdi. Gecə saat birə işləyəndə Sallax Süleyman və Kazım Rəşidülmülklə vidalaşıb getdilər.
Bir neçə dəqiqədən sonra xidmətçi qadın Mahru xanımın qapısını vurub:
– Həzrət əşrəf sizi hüzura çağırır, – dedi.
Bir neçə dəqiqə keçəndən sonra Rəşidülmülkün böyük çilçıraqlarla işıqlanmış kiçik salonuna qara ipək dona bürünmüş ucaboylu bir qadın girdi. Bu, Mahru idi. O, qara saçlarını açıb dalına tökmüşdü, tüklərinin altından parlaq çöhrəsini salonun o tərəf-bu tərəfinə dolandırır, ulduz kimi parlayan gözlərini ətrafa açaraq, gündüz kimi işıqlanmış salonda irəliləyirdi.
Rəşidülmülkün stoluna təzə şərab vermişdilər, o, Mahrunu görürkən ayağa qalxaraq:
– Otur, bacım! – dedi və qollarını açıb onu qucaqlamaq istədi. Mahru adəti üzrə geri dönüb salondan dişarı çıxmaq istərkən, Rəşidülmülk qayıdıb öz yerində oturdu, yenə də:
– Otur, bacım, otur1 – dedi. – Bu gecə yazı işlərini bir tərəfə ataq. Səni and verirəm ananın qəbrinə, bu gecənin yuxusunu mənə bağışla, otur burada, danışaq, bəlkə, bununla mən bəzi şeyləri unuda biləm. Başını yuxarı qaldır, gözlərini açıb üzümə bax, mən ancaq belə hallarda dünyanın ağırlığını yadımdan çıxara bilərəm. Otur, bacım, sən Allah otur!
Mahru gəlib kənar kürsülərin birisində oturdu və yavaşdan dedi:
– Siz sərxoşluqla da dünyanın ağırlığını xatırdan çıxara bilərsiniz. Mənə gəldikdə, əksinə olaraq, siz sərxoş olduğunuz zaman dünyanın ağırlığını daha çox hiss edirəm, çünki daima belə zamanlarda siz məni rahatsız edirsiniz və ədəbsiz hərəkətlər göstərirsiniz.
Rəşidülmülk:
– O cürə sözlər lazım deyil, bacım. Dur mənə bir gilas" konyak doldurub öz əlinlə ver! Səndən istəyəcəyim ancaq budur! Səni bir gözəl və nəcib cavana ərə verəcəyəm, bununla həm sən, həm də mənim özüm xoşbəxt olacağam.
Rəşidülmülk bu gecə öz cMəhbubəəşsilə həddindən artıq içib keflənmişdi. O özünü bilmirdi. Bir az da içsəydi, tamamilə dünyanın ağırlığı ilə bərabər özünü də unudacaq idi. Buna görə də Mahru xanım bütün gecəni rahatsız olmamaq üçün onu bir daha içirmək və stolun üstündəki kağızları yoxlamaq qərarına gəlmişdi. Buna görə də piyaləni konyakla doldurub tez-tez Rəşidülmülkə verirdi.
Rəşidülmülk qızarmış gözləri ilə Mahru xanıma baxaraq:
– Mənim ruhum, nə üçün qara geyibsən, bir təziyəmi gözləyirsən? – deyə soruşduqda Mahru heç də düşünmədən:
– Xeyr! Bu evdə məhv olan cavanlıq illərimin təziyəsini saxlamışam, – dedi.
Mahru başını aşağı salıb oturmuşdu, Rəşidülmüllk isə tez-tez içir və Mahruya müraciətlə:
– Başını qaldırıb üzümə bax, – deyir və onun üzünə baxıb oxuyurdu:
Meyli gülçidən nədarəm,
Bağiban, dərra məbəndl
Minişinəm guşeyi
Gülra təmaşa mikunəm.İ
Rəşidülmülk son piyaləsi əlindəykən yuxuladı. O, başını stolun kənarına qoyaraq, on dəqiqə qədər mırıldandı, sonra xoruldamağa başladı.
Mahru ayağa qalxıb Rəşidülmülkün yatıb-yatmadığını yoxladı, o ağırlaşmış bir cəmdək kimi hərəkətsiz düşmüşdü. Buna görə də stolun üzərindəki kağızları araşdırdı, birinci növbədə Kazım Davatgər oğlu və Sallax Süleymanın Mirzə Davər xan tərəfindən gətirdiyi məktubu götürdü:
«Həzrət əşrəfin hüzuruna ərz-bəndəçiliyim budur ki, tapşırdığıniz adamları tapıb göndərdim, bunlar mənim xatirim üçün min tümənə razı oldular. Göndərdiklərim onların hər ikisini yerbəyer edə bilər. Bunlara əmin ola bilərsiniz, əllərindən iş gələn igidlərdir. Hər ikisi Təbrizdə məşhurdur.
Mirzə Davər xanə.
Bu məktubu görəndə Mahrunun varlığı dəyişdi. O, Tütünçüoğlunu bu məsələdən xəbərdar etməyə tələsirdi, lakin gecə idi, bu mümkün deyildi. Mahru bu hadisənin səhərə qədər həyata keçəcəyindən qorxurdu. Mahru sonra da stolun üstündən Rəşidülmülkün öz əxlaqsız sevgilisi Hüseynqulu xan Süruri-xəlvətə verdiyi vəsiqəni götürüb oxudu:
€Mən bu vəsiqəni öz sevgili dostum Hüseynqulu xan Süruri-xəlvətə verirəm, o barədə ki, Mahrunu ona verəcəyəm. Nə qədər də Süruri-xəlvət özü məndən ayrılmayıbdır evlənməyəcəyəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-sururi-xelvet-huseynqulu-xan
Use ← → keys to move, R for a random poem
More by this author
Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
XIV. Sui-qəsdlərin vahid cəbhəsiİyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.
XV. Biçeraxov cəbhədən çəkilirBolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.
XVI. Raya qaçdıDivar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi.Nəhayət, qoçu Əminəni səsləyərək:
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Kimdən öyrəndinOğrun-oğrun daldalardanBaxmağı kimdən öyrəndin?
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,