Bakının işıqları
Gecə aydın, hava sakit, dəniz də bir quzutək...Göyərtədən seyr edirik, yanan üfüqləri biz:Üzü pullu ləpələrin, sinəsindən keçərək,Dərin bir iz qoyub gedir arxasında gəmimiz...
Bəlkə beş-on çıraq yanır hər kəsin mənzilindəLakin, onlar çox yaxındır, zərrin çilçıraq kimi.Bu birləşən gur işıqlar Xəzərin sahilində,Sancılmışdır Abşerona bir qızıl oraq kimi...
İşığa bax!.. Düşünürəm mən xəyala dalaraq,Kim canını qurban verməz belə yurda, vətənə?!Bir ölkənin paytaxtında əmək çəkmək, yaşamaqİftixardır, səadətdir öz yurdunu sevənə...
Qaranlıqda yaşadığım heç çıxmamış yadımdan,Zülmətlərdə keçən günüm yenə məni yandırır.Deyirdilər al Günəşdir yeri işıqlandıran,İndi yerin al günəşi göyü işıqlandırır.
Köhnə kəndi xatırladım, burda bir anlığa mənQara daxma... Qara çıraq... indi qəlbimə dardır.Bu çıraqban gur şəhərə baxıb dedim ürəkdən:Bakı əhli olmaq özü bir böyük iftixardır.
Qollarımı gərdəninə istədimsə dolamaqHeyif, yaşım çox olsa da ona boyum çatmadı.Bakı uzun qollarını mehribanca açaraq,Bir istəkli ana kimi boynumdan qucaqladı.
Milyon canlı, milyon səsli, milyon çıraqlı Bakı –Mənim ana torpağımdır, yurdumdur, məskənimdir.Ürəyim də ona görə iftixarla vurur ki,O sayrışan işıqların birisi də mənimdir...Bakı, avqust, 1948
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-bakinin-isiqlari
Use ← → keys to move, R for a random poem
More by this author
Dağa – dağ deyirlər, çünki o dağdır!Yenidən boy atıb təpə – dağ olmaz!
Torpaq və suBöyüklük ucalıq, əzəmət, vüqarMüdam heyran edir, insanı heyran!
Qara torpaqBu yaxşı cəhətdir, unutmayırsan –Görürəm gəlirsən hərdən bağa da.
Krım bənövşəsiEllər bilir yaranandan bağlıdırÖmrüm boyu meylim sənə, bənövşə.
Poems by other poets · Homeland
Ey şəninə şer yazıb,Nəğmə qoşub,
UnutmaAşıq, gəşt eləyib ağır elləri,El içində namus, arı unutma.
DoğmalıqDayandığım bu zirvədən“Yurdum...” deyə pıçıldasam,
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.