El sovqatı, el payı
Bizə gələnlər vardıÇalışırdıq vurhavur...Qonağa hörmət etmək,Qədimdən borcumuzdur.
Deyirəm, dostlar, bunlarGəlib öz kəndimizdən.Yaxşı iştahla yeyin,Xahiş edirəm sizdən.
Bunların həm ətrinə,Həm dadına baxın bir.Kəndimin hər məhsuluHər meyvəsi şirindir.Oylağımdır o yerinHəm aranı, həm dağı.Mənim üçün əzizdir,Hər bir qarış torpağı.
Bunları çox sevdiyimQara torpaq bitirib.Bağında, bağçasındaQohum-qardaş yetirib.
Dostlar, gedəcəksiniz.Anlamışam bunu mən.Sizin yolunuz keçirBizim kəndin içindən.Mənim dilimdən deyin,Elimizin əməyiDaha məhsuldar olsun!Mənim dilimdən deyin,Bizi heç unutmayanQohum-qardaş sağ olsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-el-sovqati-el-payi
Use ← → keys to move, R for a random poem