Sarıvəlli kəndi ilk yuvam olmuş,Gözümü dünyaya orda açmışam.Yenicə çırpınan qanadlarımla,Budaqdan-budağa gəzib, uçmuşam.

Sonra qanadlarım bərkidi bir az,Dumanlı dağların belindən aşdım.Dünyanın sirrini öyrənim deyə,İqlimdən-iqlimə gəzdim, dolaşdım...

Kür suyu şirindir, bunu bir də mənÖzgə bulaqlardan içəndə bildim...Gəzdiyim zaman da uzaq elləri,Özümü kəndimin içində bildim.

Hanı uşaqlığım, hanı gəncliyim?Niyə görünməyir, indi hardadır?Onları kəndimdə qoyub gəlmişəm –Axtarın, yəqin ki, oralardadır...

Babakər dağının ətəklərindəMən biçin də biçdim, əkin də əkdim,Harada oldumsa unutmadım, yox,Adını adımla yanaşı çəkdim.

Durub təmtəraqlı ad axtarmadım,Onun əziz adı öz adım oldu.Azadlıq – deyəndə xalqın qüdrətiMənim qolum oldu, qanadım oldu.

Mən az görməmişəm payızda, yazdaElin nişanını, elin toyunu,Tutsun gözlərimi əgər unutsamOnun çörəyini, onun suyunu.

Kəndimiz bilsin ki, şair oğlununNəğmələr gülşəni çiçək-çiçəkdir!Adını dünyaya tanıtmayıncaKöçüb bu dünyadan getməyəcəkdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring