Var
Söz bazarı kasad deyil –Satan da var, alan da var...“Ay müştəri, ucuzdu gəl”!Deyib səs-küy salan da var.
Sevməsən də, oxucu, döz!Sən mənadan əlini üz!Əsərində bircə düz söz,Varsa, min bir yalan da var.
Qeybət edən ondan-bundan,Ara vuran, böhtan atan,Ucuz alan, baha satan,Əli əyri olan da var.
Qibləyə tutub üzünü,Göylərə dikib gözünü,Şöhrət üçün tez özünüOda, közə salan da var.
Lakin bircə ona şadam:Çoxdur eldə yaxşı adam –Öz canından keçib, müdamEl dərdinə qalan da var.
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-var
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
CamecanXerolilar Osmannıya qaçarlar,Ermanilər sədirlərə keçarlar,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm