Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,Qohumun qardaşın acı sözləriBal oldu gedəlim bizim ellərə

Götürüldü namuslar, qalmadı arlar,Aqarmı bizləri bivəfa yarlar,Söküldü kirəvələr, əridi qarlar,Yol oldu gedəlim bizim ellərə

Aqa sən sancmış çərilər başı,Ağalar durmaz eylər savaşı,Qızıl bulaq kimi gözümün yaşı,Sel oldu gedəlim bizim ellərə

Mənsur kimi varıb dardan asıldı,Əlinin cəngində namərd basıldı,Polad dir, rəqibin dili kəsildi,Lal oldu gedəlim bizim ellərə

Random poem

Poems by other poets