İllərlə zülm çəkmiş, minlərlə zəlilim var,Olmuş vətən uğrunda, şilim var, əlilim var.

Mənsəblərə yetməkçün məzlumu şəhid etdi,İsbatə yetirməkçün, yüz qatə dəlilim var.

Haqqın özü haqqanə ayrıd olunar bir gün,Şükr olsun o Rəhmanə – göylərdə ədilim var.

Mahım, Günəşim batmış, günlər aya gün satmış,Qəflət yuxusun yatmış qəflətdə qəfilim var.

Atım, yəhərim getdi, bağım bəhərim getdi,Ta ki, şəhərim getdi, kəndlərdə səfilim var.

Paytaxta taxıb payın, paytaxtdan umar payın,Ey şəhr çıxıb zayın, yanında xəcilim var.

Xeyr ilə şəri qatdıq, Məhşər gününə çatdıq,Pünhan deyiləm artıq, səs-küylü təbilim var.

15 avqust 1998. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love