Göylərin ürəyi
Göylərin ürəyi nə yaman dolub,Tökür sinəmizə göz yaşlarını.Fələklər, mələklər uşaqmı olub,Yoxsa unudublar öz yaşlarını?
Nə yaman kövrəlib ulduzlar-aylar,Nə yaman yuxalıb ərşin ürəyi.Yoxsa yerdən qopan bu ahu-vaylar,Pərişan eləyib çərxi-fələyi?
Allah dərgahına uzanan əllər,Yağış istəməyir, nicat istəyir,Başını itirmiş obalar, ellər,Adicə güzəran, həyat istəmir.
Nə yaman çatılıb göylərin qaşı,Xalqımın çatılmış qaşına bənzər.Dərgahın selləmə axan göz yaşı,Qaçqın gözlərinin yaşına bənzər.
Daşıbdır göylərin səbir kasası,İstiqlal yolusa deyildir rahat.Ruhumla həmahəng yağış havası,Yağış gözümnən də yağır bu saat.
20 noyabr 1998
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-goylerin-ureyi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şuşada dağlar dumandıAllah, sən saxla amandı!
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.
Yoxum varlana-varlanaGünüm hayana bilmirəm gedib nurlana-nurlana,Yarım əsrdi günsüzəm günüm qarlana-qarlana.