Diriyə hörmətimizdir ölüyə hörmətimiz,Olmasın yasin onun ruhuna qoy minnətimiz.

Dirinin şə’ninədir məclisimiz-ehsanımız,Dirinin şə’ninədir tapşırılan qur’anımız.Ölüdən yox, dirilərdən utanır vicdanımız,Gözümüzdən özümüzçün tökülür leysanımız.Diriyə hörmətimizdir ölüyə hörmətimiz,Olmasın yasin onun ruhuna qoy minnətimiz.

Aparıb getdi başın, mərhuma -- rəhmət -- deyirik,Beş qarış torpağa şükr ilə -- kifayət -- deyirik.Kişi çiynində gedən tabuta -- qismət -- deyirik,Dirilərçindir əsl -- həşri-qiyamət -- deyirik.Diriyə hörmətimizdir ölüyə hörmətimiz,Olmasın yasin onun ruhuna qoy minnətimiz.

Kim gedir... kim də gəlir fatihənin izni ilə,Sayılır yas yiyəsi məclisinin vəzni ilə...Molla da vəznə münasib görünür əzmi ilə,Bəzi insan elə lap fəxr eləyir hüznü ilə...Diriyə hörmətimizdir ölüyə hörmətimiz,Olmasın yasin onun ruhuna qoy minnətimiz.

Gəl qəbiristanlığa heykəllərə bax, daşlara bax,Qranitlərdə, naxışlarda uçan quşlara bax.Əksə bax, surətə bax, hər cürə nəqqaşlara bax,Ölü yoldaşa nə dəxli, diri yoldaşlara bax,Diriyə hörmətimizdir ölüyə hörmətimiz,Olmasın yasin onun ruhuna qoy minnətimiz.

Ölüdən hər nə qalıbdırsa, onu sağ aparır,

Onu borc verdi də, öz borcunu torpaq aparır.Ölü heç bir şey aparmır, azacıq ağ aparır,Ömrü sonsuzluğa əldən-ələ bayraq aparır.Diriyə hörmətimizdir ölüyə hörmətimiz,Olmasın yasin onun ruhuna qoy minnətimiz.

01.08.1993

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets