Ey saqi, dolana-dolana,Dolduruver müştaq olana,Göy üzünü aldı bulud,Mahı dolana-dolana

Kimi bəkdir, kimi qazı,Haqq olsun andan razı,Səhər vaxtı qıl namazı,Təsbih dolana-dolana

Kimi bəkdir, kimi paşa,Yoldan çıxan uğrar daşa,Bülbül gəzər quşa-quşa,Bağı dolana-dolana

Kimi bəkdir, kimi ağa,Yoldan çıxan uğrar dağa,Ovçu gəzər ovlar buğa,Dağı dolana-dolana

Qaracaoğlan görək nitdi,Xanimanın tərkin etdi,Növbət gəldi sizə yetdi,Sağı dolana-dolana

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets