Balaca dayə
(Poema)
Kimin ki, bu şəhərdəYoxdur işi-peşəsi,Bütün günü məskəniOlur Bulon meşəsi.Meşə də ki, nə meşə,Yoxdur ucu-bucağı...Deyir gəldin darıxmaOnun atlaz qucağı.Ağacların dibiniÇiçəklər, otlar bəzər,Tala-tala axmazıMavi səmaya bənzər.Nağıl kimi görünərZanbaqlı göllər sənə,Yel əsəndə nəzər salSuda çiçək rəqsinə...Dəstə-dəstə qu quşu,Nazla keçir – göl, sükut...Sanki üzür səmadaCəngə-cəngə ağ bulud.Əlvan-əlvan güllərdənSaçlarına düzən kim,Burda atla, ulaqla,Fayton ilə gəzən kim...Quş qanadlı maşınlarÖtüb keçir nəğməli;Yaxın dursan yəqin ki,Səni yıxacaq yeli.Süzüb gələn “Şevralye”Nəfəs dərib dayanır.Çıxır nazlı bir gəlin,Ətraf nura boyanır...Sonra yaşlı bir zabitUşaqları düşürür,Xanımına əl edibYenə maşını sürür.O əriyib yox olurYaşıl meşə yolunda.Qalır bir çəngə tüstüQönçəli gül kolunda.Xanım dedim – pərimi,Mələkmidir o görən?!Gözəllikdə misliniGörməmişəm hələ mən.Mən, uşaqlar, söylədim,Baxın, baxın onlara:Oğlan totuq, ağbəniz,Qızsa arıq, qapqara.Oğlan oynar qayğısız,Dəcəllikdir hər işi.O qızınsa sönübdürGözlərinin atəşi.Yanıb, qara kösövəDönmüş əli-ayağı.Solmuş – “ana” sözünə,Südə həsrət dodağı.Qız oğlandan cəmisiİkicə yaş böyükdür.Oğlanın hər qayğısıQızın çiyninə yükdür.Desə atıl Senaya,Çıxa bilməz sözündən.Yeddi yaşlı bu uşaqQoymur onu gözündən.Arx gələndə, belinəAlıb onu keçirir.Bu körpə o körpəniHey yedirir-içirir.Ovucunda verdiyiÖz qaraca gözümü?Yox, o şirin gilədir,
Əlcəzair üzümü!Oğlan rezin topunuHara gəldi atanda,Qız yüyürüb gətirər...Əllərinə yüz tikanSancılanda, batandaSoruşan yox, bilən yox.Bircə kərə onunlaDərdləşən yox, gülən yox.Oynamaqdan yorulubDinclik vaxtı çatandaOğlan halsız uzanıbQu döşəyə batandaBaşı üstə dayananO zil qara qıza bax!Öz qəlbini elə bil,Çevirir varaq-varaq.Özü şirin laylayaHəsrət qalan o körpə“Lay-lay” deyib yatırdırKörpəni öpə-öpə.Öyrədibdir bunlarıOna firəng qarısı,Oxuyanda qarışırLaylaya öz ağrısı:“Özü balaca, layla,Milləti uca, layla!Çox da ki, həmyaşınam,Qulun, qarabaşınam.Dadma acı, qəm-kədər,Bil ki, ölənə qədərSənə sadiq nökərəm,Sənsiz qan-yaş tökərəm.Çox da ki, həmyaşınam,Qulun, qarabaşınam.Layla, balaca, layla,Ad-sanı uca layla!..”
Körpələrdən birisiMışıl-mışıl uyuyur,O birisi durmadan,Dayanmadan oxuyur,Başı çiyninin üstə,Qara gözləri yaşlı,Ürəyi səksəkəli,Baxışları təlaşlı,Sərin-sərin oxuyur,Layla dedikcə deyir,Öz qəlbini nədənsəOvundura bilməyir.Neçə sehrli sualXəyalını bürüyür,Hər sualın dalıncaKəpənəyi qövantəkYüyürdükcə yüyürür.Bircə anlıq dağıdırDərdlərini meşəyə.Elə bu vaxt yenidənGözü dəyir beşiyə.Qəhər boğur, nədənsəSinəsini od tutur.Sualları könülsüzTikə kimi o udur.Baş qaldırır yenidənTəzə-təzə suallar,Qəlbin necə sehrli,Qəribə aləmi var:“Mən də səntək kiçiyəm,Görən kiməm, nəçiyəm!Anam-atam olubmu,Heç qayğıma qalıbmı?Layla deyibmi mənəSözü hikmətli nənə?!Axı, bütün bunlarıNəkarəyəm biləm mən,
Nəkarəyəm, nəçiyəmSən gülməsən güləm mən.Çox da ki, həmyaşınam,Qulun, qaravaşınam.Layla, balaca, layla,Ad-sanı uca layla!Çox da ki, həmyaşınam,Qulun, qaravaşınam!..”
İki uşaq, bir qadınGözləyirlər nə vaxtdan,Maşın gəlib onlarıAparacaq bəs haçan?Qadın dedim! Bir də bax,Şeytanmıdır o görən?Çirkinlikdə misliniGörməmişəm hələ mən.Uşaq dedim! Körpələr...Biri fransız oğlu,Ərəb qızıdır biri,Sala bilmir yadınaDoğma Əlcəzairi...Sanır ona bu güllü,Qızıl qəfəs – vətəndir.Fəqət bilmir bu rəftar,Bu işgəncə nədəndir.Bilmir... Gəlmir yadınaKəndlərinin yandığı.Bilmir... Gəlmir yadınaO günləri, o çağı.Bilmir... Gəlmir yadınaBir fransız zabitiAvtomatdan keçirmişGünahsız bir külfəti.Kəsiləndə atanın,Ananın son naləsi,Diksindirmiş cəlladıAğlar bir körpə səsi.Bilmir... Gəlmir yadınaTutmuş onun qolundan,Demiş gözəl ParisəApararam ərməğanBu boz səhra gülünü,Bağrı yanıq laləni,Körpəlikdən başlayıbƏyləndirsin körpəni.Qoy Bulon meşəsindəSaralsın o, solsun o;Layla deyən, iş görənCanlı kukla olsun o.Bilmir... Gəlmir yadınaQızı qoyub maşına,Bir dik qələm çəkdilərOnun uşaq yaşına.Keçirmədi o vaxtdanKörpəliyi bu tifil,Dünyagörmüş dayədir,Bir qarıdır elə bil.Quş qanadlı maşınlarÖtüb keçir nəğməli;Yaxın dursan yəqin ki,Səni yıxacaq yeli.Süzüb gələn “Şevralye”Nəfəs dərib dayanır.Axşam olub, cənubdaQoşa ulduzlar yanır.Zabit tutur ağrıyan,Zoqquldayan başını.Diqqət edib ətrafaİşə salır maşını.Uzaqlaşıb itir o,Tutqun Paris yolunda,Qalır bir çəngə tüstüQönçəli gül kolunda.
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-balaca-daye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
— Həsən:Göstərəndə qaşlarının tayını,
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Güldür bu? deyil, gül belə xəndan olmazGüldür bu? deyil, gül belə xəndan olmaz,Gündürmü? deyil; gün gecə rəxşan olmaz.
Jam-i Jam, chapter 27باشدش کار از اول پایهطلب شیر و جستن دایه