Boyalı dilbər
Mən dağlar çiçəyi deyərdim sənə,İndi sən olmusan boyalı dilbər.Söylə, nə ad verim bu görkəminə,Necə təsvir edim bu halı, dilbər?!
Təbiət qızını nəzmə çəkərdim,Camalı dəyişsə qan-yaş tökərdim,Yenə dağlar qədər çoxaldı dərdim,Artdı ürəyimin məlalı, dilbər.
Mən səni şölədən parlaq sanardım,Eşqinlə od tutub hər gün yanardım,Müqəddəs arzuyla qanadlanardım,Gözlərdim əbədi vüsalı, dilbər.
Hər elin öz dəbi, öz adəti var:Ənlik, kirşan neylər lalə yanaqlar?!“Qana” niyə batsın sədəf dırnaqlar?!Cavabsız qoyma gəl sualı, dilbər!
Saçın zülmət idi, camalınsa gün,Batan ulduz kimi, ay kimi söndün,Yaşıl yarpaq idin, xəzana döndün,Ey ötən sevgimin xəyalı, dilbər.
Meyvəsiz çiçəktək ömür bağındaTez açıb solarsan cavan çağında,Muzey əşyasısan öz otağında,Neylərəm bu “cahi-cəlalı”, dilbər!
Kitabxana.az · https://kitabxana.az/en/works/qasim-qasimzade-boyali-dilber
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Bir tuluq“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Mənim türkümAşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər