Heç nə razı etmir məni bu dünyada,Nə pul, nə sərvət, nə məqam.Başqalarına nədir faydam?Onu düşünürəm.Yemək, içmək, varlanmaq –Yalnız özünü düşünmək naqislikdi.Dünyanı dar bacadan görməkdi.Bu baxış razı etməz insanı həyatda,Çünki rişəsi aclıqdadır.Mən istəyirəmqətrə olam okeanda,İstərəm qarışam,itəm başqa qətrələrdə,Özgələrinə gərək olam.Buna görə hərəkətdəyəm –Buna görə düşünürəm.Buna görə yaşayıram.

20.12.2008, Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets