Yaralı göyərçin
Pişiyin yaraladığı göyərçinbüzüşüb qar içində.Qan axır sinəsinə,Ağappaq qarıQırmızı rəngə boyayır qanı ilə.Götürdük, gətirdik evə bu zavallını.Uşaqlarım dolanırlar pərvanə kimiBu yaralı quşun dövrəsinə.Biri yemək gətirir,Biri yarasına pambıq qoyur.Çox çəkmədi quş dirildi qayıtdı özünə,Dostlaşdı uşaqlarla.
25.10.1990, Edinburq
Kitabxana.az · https://kitabxana.az/en/works/qulamrza-sebri-tebrizi-yarali-goyercin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əzizim
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi