Ay işığı düşdü göydən,canımdan-qanımdan keçdi,Gözümün içindən keçdi,Özümün içimdən keçdi,keçdi, dabanımdan keçdi,Az qaldı ki,iki yerə bölə məni,Başımdan göyə mıxladı,dabanımdan yarə məni,Ha istədim,addım ata bilmədim...

Yanımdan adamlar keçir,ay işığı nə vecinə?Burax məni, ay işığı,gedim işimə-gücümə.

Bu nə işdi, ay işığı,niyə yolun məndən keçdi?

Hamı çaşdı, ay işığı,görən-görən gendən keçdi.

Dedilər, dəlidi-nədi,hərə bir ad verdi mənə.Kimi baxıb kül elədi,kimi baxıb güldü mənə.

...Bu mənim əlim-ayağım.Bu ağzım, burnum, qulağım,Kimsədən əskikliyim yox,Yox kimsədən artıqlığım, -burax gedim, ay işığı!

Aman, atam, o nə daşdı?!O daş atan hara qaçdı?İtlər canıma daraşdı,burax gedim, ay işığı!...

Sən dadıma yetiş, ana,ana, sənin balan mənəm.Bu gecə ay işığınaçarmıxlanıb qalan mənəm.Ana, məndən keçən bu işıq nəymiş,ana, mən nə ki işıqyeyən deyiləm.Görünür, mənim beləymiş,baxtımı söyən deyiləm.

Ölməmişəm, ağlamayın,Keçin, ayaq saxlamayın.Qapıları bağlamayın,onsuz da, döyən deyiləm.

...Yalama, çəkməm kirlidi,Hürmə, canım fikirlidi,Əl çək, ay Allahın iti,mən sənin yiyən deyiləm.

Dilim lal, başım aşağı,Evin ən mağmın uşağı,Burax gedim, ay işığı,mən də sən deyən deyiləm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets