Bahar gəlmiş, əziz dost,Baharlanmış təbiət,Sanarsan, asimandanEnib dünyaya cənnət.

Bahar gəlmiş, əziz dost,Gülür bağlar, yamaclar,Ətirlənmiş çəmənlər,Çiçəklənmiş ağaclar.

Bulaqlar nəğmələnmiş,Dodaqlar nəğmələnmiş,Dumanlandıqca dağlar,Sular riqqətlə çağlar.

Bahar gəlmiş, əziz dost,Gülür sevdalı ellər,Məhəbbət türküsüyləQanadlanmış könüllər.

Bahar gəlmiş, əziz dost,Bahar gəlmiş, bahardır,Baharı varlığıylaDuyanlar bəxtiyardır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring