Bir qoca kişi var mənim evimdə
Mənə mənim kimi pərişan gərək,Bir qoca kişi var mənim evimdə,Hər işə qarışar, soruşan gərək,Onun nə işi var mənim evimdə?!
Söz açar doğmadan, özgədən mənə,Ağarıb saqqalı, tökülüb dişi,Güzgüyə baxaram, güzgüdən mənəBaxar hirsli-hirsli o qoca kişi.
Bir qoca kişi var mənim evimdə,Göz qoyar əvvəlki şəkillərimə,Sanki keçmişi var mənim evimdə,Qaranlıq gətirər fikirlərimə.
Ona güldən ağır söz demək olmur,Heçnədən inciyər, heç nədən küsər.Bir şey istəyəndə, döz demək olmur,Üzünü turşudar, sözümü kəsər.
Adama yovuşmaz, niyə, bilmirəm,Onun təşvişi var mənim evimdə.Qohuma-qardaşa deyə bilmirəm,Bir qoca kişi var mənim evimdə...
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-bir-qoca-kisi-var-menim-evimde
Use ← → keys to move, R for a random poem
More by this author
Bu Xızı torpağı başqa bir aləm,Cəfərin evində sevincli bir qəm.
Bu oğullarBu oğullar ki bugün qurd kimi meydan sulayır,Ulu yurddaşlara bir şanlı ömür arzulayır!
Alçalar daima bağrında çəkilməz acılarAlçalar daima bağrında çəkilməz acılarDar günündə ulusun daima şənlənmişlər.
Yurd eşqi insanlarınYurd eşqi insanlarınƏlində yaraq kimi.