Bir həyat var, bir ölüm var,Ölümdən betər, zülüm var,Ulus adlı bir gülüm var,Gülümə bir şey olmasın.

Yer üzündə dürlü dillər,Dilsiz ötərmi könüllər?!Dilim qurusun, ay ellər,Dilimə bir şey olmasın.

Nədir bu ürəyimdəki,Umulmaz diləyimdəki?Hər şeyə razıyam, təkiElimə bir şey olmasın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death