Kimlərdir, bilsən, oğlum,Qaranlığı dələnlər.

Ulusa könül verib,Yurd uğrunda ölənlər.

Kimlərdir, bilsən, oğlum,Yaşamağı bilənlər.

İnsanı sevmək üçünBu dünyaya gələnlər.

Kimlərdir, bilsən, oğlumYamanlığı silənlər.

Sevincin, dərdiniYaxşılarla bölənlər.

Kimlərdir, bilsən, oğlum,Çətin gündə gələnlər.

Kimlərdir, bilsən, oğlum,Ərənlərdir, ərənlər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets