Könlümün türküsü sənsiz olmaz,Gülşənimsən, çəmənimsən, gözəlim!

Gözlərin nur dolu nərgizlərdir,Əlləri yasəmənimsən, gözəlim!

Yasaq olmuş sənə dərdsiz nəşə,Nəşəsiz dərdə qənimsən, gözəlim!

Ruhum ömrüm boyu səndən bezməz,Sən ki mərmərbədənimsən, gözəlim!

Qəlbimiz bir vurur aləmdə bizim,Mən sənin, sənsə mənimsən, gözəlim!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring