Olmalı
Tək çırpıdan qığılcımlar saçılmaz,Tək olanın könlü heç vaxt açılmaz,Bülbül olan bayquş kimi puç olmaz,Hər canlının yan-yörəsi olmalı.
Üzü gülməz buludlanan üzəlrin,Kimsə yoxsa, xeyri nədir sözlərin?Qızıl nuru olmalıdır gözlərin,Könüllərin pəncərəsi olmalı.
Şeytan olan arzulayar şeytanı,Mələkləri bir baxışdan duy, tanı!Cavanların cəng eyləyən meydanı,Qocaların xatirəsi olmalı.
Sonu olmaz yalan dolu mədhlərin,Səmimilik canı olsun cəhdlərin,Sevgilərin, sevdaların, əhdlərin,Peymanların bünövrəsi olmalı.
Ey dost, çıxar gözlərindən gözlüyü,Bir üzlülər üzə taxmaz üzlüyü,İnsanların insanlığı, düzlüyü,Heyvanların şəcərəsi olmalı.
Al günəşdir insanlığın gözəli,Gəzib dolaş oymaq-oymaq yüz eli,Hər yurddaşın ürəyində öz eli,Xəyalında yer kürəsi olmalı.
Hər adamla oturulmaz, durulmaz,Hər məclisə, hər görüşə varılmaz.Mənim könlüm dostlarımdan darılmaz,Arxadaşlıq gözgörəsi olmalı.
Çoban yaşar çobanların içində,Ozan coşar ozanların içində,Rəfiq Zəka, insanların içindəHər insanın öz çevrəsi olmalı.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-olmali
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,