Sabah yeli, sabah yeli,Nə əsərsən dəli-dəli?

Dalğalanır dan yerində,Günəşin uca məşəli.

Göydə cərgələnən quşlar,Ötər nəşəli-nəşəli.

Yamaclar qızıl laləli,Çəmənlər mor bənövşəli.

Duman çəkilir, açılır,Təbiətin dağ heykəli.

Sərib gözəllikləriniBahar, gözəllər gözəli,

Sığal çəkir təbiətin,Öz camalına öz əli.

Mavi göylər bulud-bulud,Yerlər bulaqlı, meşəli.

Sabah yeli, sabah yeli,Nə əsərsən dəli-dəli?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring