Sevirəm mən səni candan
Bir oğulsan, ulusa aşiqsən,Ən gözəl sözlərə sən layiqsən.Adına qoşmalıyam bir dastan,Səni üstün tuturam min dostdan,Dostluğa sən nə qədər sadiqsən!
Tutduğun şanlı yolu kim sevməz?Yurda can başla qulu kim sevməz?Sevirəm mən səni, candan sevirəm,Bu cahana göz açandan sevirəm,Sən kimi bir-oğulu kim sevməz?
Mənə ən incə gülü sən dərdin,Könlümü ilk bahara döndərdin.Sən kimi bir igidə can qurban,Səni heç vaxt unutmam, Qurban,Məni sən Türkiyəyə göndərdin!
Ankara, 1987
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-sevirem-men-seni-candan
Use ← → keys to move, R for a random poem
More by this author
Bəzi “şeirşünaslar” məni eşitsə, gözlə!Şerin sirri açılar bəlkə azacıq ona!
Qaş incə bəzəkdirQaş incə bəzəkdir,Gözsüz qaşa bir kimsə vurulmaz!
İyilikKim yamanlıq dilədi, mən iyilik etdim ona,İyilik etdim, iyi olmağı öyrətdim ona.
Arkadaş, dinlə könül sözlərimiArkadaş, dinlə könül sözlərimi,Qopsa tufan, qapamam gözlərimi,