Umacağım
Bu dünyada mənim kimsəm olmadı,Sanma, oğul, qəmim, qüssəm olmadı.
Yazıq atam köç eylədi cavankən,Şairliyim, adamlığım yavankən.
Nə bir kiçik kitabımı gördü o,Nə çağlayan rübabımı gördü o.
Bilməz idim bayram nədir, yas nədir,Duymaz idim düşmən nədir, dost nədir.
Mən ayrıldım dağ vüqarlı atamdan,Dostlarına etibarlı atamdan.
Düşmənləri miras qaldı mənimçin,Alınmalı qisas qaldı mənimçin.
Bu qisasın sevdasına düşüncə,Gecə-gündüz yaxdı məni düşüncə.
Gecələri uyumadım yataqda,Gündüzləri qırovlandım otaqda.
Atam getdi, bir ad qaldı mənimçin,Gözlərimdə murad qaldı mənimçin.
Qayıq kimi dalğalara atıldım,Tufanlara, boranlara qatıldım.
Dürlü-dürlü diləkləri dilimdə,Qələmini yaraq etdi əlimdə.
Şimşək çaxdı, alov yaxdı, sönmədim,Addımladım, inadımdan dönmədim.
Qıymadım ki, ümidləri püç olsun,Ucaltdığı yapıları uçulsun.
Mən illərlə gözlərimi yummadım,Bir kimsədən bir təsəlli ummadım.
Üzə çıxdı neçə-neçə kitabı,Vətəninə, ulusuna xitabı.
Soruşmadım özgələrin fikri nə,Gəlib baxdım divardakı şəklinə.
Dedim: sənin təbəssümün bəsimdir,Guruldayan səsin mənim səsimdir.
Cəfər Xəndan ocağıdır bu ocaq,Ürəyimin atəşiylə yanacaq.
Qaralmasın bu ocağım, ay oğlum,Budur ata umacağım, ay oğlum!
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-umacagim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
Saqi, nə olubdur, məni yade getirməzSaqi, nə olubdur, məni yade getirməz?Könlüm tutulubdur, menə bir badə getirməz.
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,