Ağ fil
Ranqunda ilk dəfə gördüm onu,zooparkda.Ala-bəzək, mil-mil dəmir qəfəs içində.Tək bir ağ fil, dəmir qəfəs içində.Gözləri qara, dırnaqları qara
özü dümağ.Adama elə baxır ki,deyirsən indidil açıb danışacaq.Fillər içində ağı nadir olur.Fil dustağı nadir olur.Meşədən ayırıblar onu bildir.Qəlbinin qəfəs ağrısına dözə bilmir.Tez-tezxortumunu qaldırıb bağırır.Gözündən yaş axır gildir-gildir.Qəfəssiz qardaşlarınıharaya çağırır.Deyirlər fillər uzun yaşayır.Ağ fil, ağ fil!Neyləyirsən uzun ömrü,yerin qəfəs olacaqsa yüz il,Ağ fil, ağ fil!
Ranqun, 1961
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-ag-fil
Use ← → keys to move, R for a random poem