Məndən xəbər aldılar:– Nə rəng gözlər yaxşıdır?Mən dedim:– Nə bilim.İndi gəlsin hamıya isbat edim,ən yaxşı gözqonur gözdür, sevgilim.Məndən xəbər aldılar:– Nə rəng saçlar yaxşıdır?Mən dedim:– Nə bilim.İndi gəlsin hamıya isbat edim,ən gözəl saç xurmayıdır, sevgilim.Məndən xəbər aldılar:– Hansı səsdir ürəyinə yatan səs?Mən dedim:– Nə bilim.İndi gəlsin hamıya isbat edim,ən gözəl səs səninkidir, sevgilim.Gözlərinə baxanda,saçlarının xurmayı dalğalarıkürəyindən axanda,çağıranda adımı,oxşayanda, gözləri gözün kimixurmasaç övladımı,məndən sorsalar əgərdemərəm ki, nə bilim.Deyərəm ki, eşitsin, bilsin hamı.Sənhamıdan gözəlsən, sevgilim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets