“Layla dedim yatasan...”Qulaqlarımdauzaq-uzaqdan gələnbu səs,Bir də inqa-inqa beşiyinbir səsli cırıltısı,bir də ala-bula pişiyinyumşaq xorultusu.“...Qızılgülün içindəşirin yuxu tapasan...”Anamın ara-sıra gələnyorğun əsnəməyi.“Layla, körpəm, a layla!Allah səni saxlasınçiçəkdən, qızılcadan...”Günlər keçdi,illər keçdi,sıra-sıra;gah mülayim,gah qasırğa.İndi nə çiçəkdən qorxuram,nə qızılcadan,nə damdabacadan.Ancaq qoruna bilimucuz tərif laylasından,arxayınlıq pasından.

Bakı – Göyçay, 1977

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets