Yadıma düşdü
Oğlum Anara
Dənizdə ləpə var, dağda bulud var,Gündə duma keçir göydən yüz qatar.Baxdım üfüqlərə həzin axşamlar,O məlul durmağın yadıma düşdü.
Bax, yaşıl Krımda yarpaqlar solub,Elə bil təbiət işdən yorulub.Hərdən qərib-qərib gözlərin dolub,Boynunu burmağın yadıma düşdü.
Hər günüm bir ildir sənsiz, a bala.Gəlməyəsən görüm səni zavala.Gözlərim yumulub, getdim xəyala.Min oyun qurmağın yadıma düşdü.
Səhər-səhər tezdən açılıb yaxan,alnına inci tər düzülən zaman.Yuxudan duranda alışıb-yanano tunbul yanağın yadıma düşdü.
Atamın, anamın istəkli soyu,Anan layla desin, beşikdə uyu!Qaz balası kimi görəndə suyuəlini vurmağın yadıma düşdü.
Sormasınlar nə var dərdli könüldən,Səni mən yuxumda görmüşəm dünən.Bir az uzananda yuxarı dönən,körpəcə dırnağın yadıma düşdü.
Könlüm sənsiz ağlar, səninlə gülər,Ata olmayanlar bunu nə bilər.Tutub çarpayının yanından səhər,ayağa durmağın yadıma düşdü.
Yenə səndən gəlmir çoxdandır soraq,O zalım ananda insafa bir bax!..Bir körpə əlini görəndə bayaq,Çeçələ barmağın yadıma düşdü.
Krım – Yalta, 1938
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-yadima-dusdu-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
NöycavanGəl görüm, gəlişin nerdən, çeşmi siyah, nöycavan,Həsrətəm didarına, çəkirəm ah nöycavan,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,