İştirak edənlər

İnsanlıq – İnsanlığın heykəlini təsvir edən orta yaşlı, alicənab bir qadın
İdeal – İnsanlığın idealını təsvir edən on iki yaşında nurani bir uşaq
Vicdan
Ədalət
– ağ qanadlı, təmiz geyinmiş nurani gənclər

Mərhəmət }

Səadət
Fəlakət
Zülm – qara qanadlı, çirkin və qorxunc simalı adamlar

}

Şeytan

Səhnə alçaq və fəqiranə döşənmiş bir otağı təsvir edir. Otağın sağa, sola və arxa-
ya açılan üç qapısı var. Pərdə açıldıqda İdeal xəstə bir halda yatağına uzanmış; İnsan-
lıq İdealın başı ucunda durmuş və həzin bir vəziyyət almışdır. Fəlakət qara, iri qanad-
larını qürur ilə onların üstünə gərmiş.

İdeal

(həyəcanla)

Nədir üstümdə bu ağır pərdələr?

Ətrafımda qaranlıqlar rəqs edər.

(Əllərini havada oynadaraq)

Qaldır, anam, yırt, parçala bunları!

İnsanlıq

(müztərib)

Dərdindən, ah, sayıqlayır, ey tanrı.

Sən şəfa ver!

İdeal

Ox! Həyatım çəkilir,

Bir güc altında varlığım əzilir.

Aman Allah, söndüm, bitdim, tükəndim! (Taqətsiz halda İnsanlığa sarılır. İnsanlıq İdealın başını qolları ara-

sında oxşaya-oxşaya)

İnsanlıq

Müztərib olma ey əməl çiçəyim!

İnləmə çox, sən inlədikcə hər an,

Qəlbimdə bayquşlar edər aşiyan.

Diləyimin ətir saçan gülüsən,

Açılmadan solub sönürsən nədən?

Sən mənim yolgöstərən ülkərimsən,

Bütün səadətim asılmış səndən.

Sən sönsən, ah, mən də solar, sönərəm,

Xəzan vurmuş bir bağçaya dönərəm.

Qaranlıqda saparam hər bir yola,

Sükansız bir gəmi kimi sağ-sola.

İdeal

Anam, sus, səndə artdıqca həyəcan,

Ürəyimdə qopur amansız tufan.

İnsanlıq

Gözəl oğlum, mən susaram, kaş ki sən,

Dincəl, sağal.

İdeal

Çox uzaqdır o, məndən.

Ağ paltarda gözəl, nurani bir qadın zahir olur, xəstə İdeala və İnsanlığa həzin-həzin
baxdıqdan sonra İnsanlığa deyir

Qadın

Sən udduqca iblisanə qidalar,

Bu xəstə oğlunu gec-tez məhv edər.

Səndə davam eylədikcə şaşqın hal,

İnləyəcək bəslədiyin ideal.

Məmələrindən əmdiyi zəhərdir,

Xəstə sənsən, xəstəlik səndən gəlir.

İnsanlıq
Ah, sən kimsən, ey nur saçan bəxtiyar?

Qadın
Bir nurəm ki, məni salehlər arar!

İnsanlıq
Səninlə mən çoxdan tanış kimiyəm,
Doğru deyirsən, mən bir az xəstəyəm.

Qadın
O sağalmaz səndəki xəstəliklə
Ürəyini, vicdanını təmizlə!
Hər tərəfin daş-qayadır, uçurum,
Sənə hakim olmuş həsəd, kin, zulum. Bunlar qidasını nəfsindən alır,
İdeal, İnsanlıq bundan alçalır.
Öz nəfsindən doğar fitnə, kin, qürur, Sarıldığı hər çiçəyi soldurur.

İnsanlıq
Dünyaya gəldiyi gündən xəstədir,
Yaralanmış tərlan kimi inləyir.

Səhnənin arxa tərəfində Səadət, Ədalət, Mərhəmət və Vicdan ağ qanadda bir tərəf-
də; qara qanadlı Şeytan, Fəlakət, Zülm bir tərəfdə durmuş, bir-birinə kinli baxışlarla
baxar. İnsanlıq heyrətli və işıqlı baxışlarla onları seyr edər.

Qadın
Durma, o çirkin simalardan ayrıl!
Yalnız gözəl simalara get, sarıl!

Səhnədə bir həmhəmə və gurultu qopar, Şeytan qorxunc bir simada daxil olur,
Qadın və başqaları qeyb olur.

Şeytan
Bu xəstə kim?

İnsanlıq
Oğlum, adı – İdeal!

Şeytan
Son zamanlar qadın səndə başqa hal Hiss edirəm, neçin belə dəyişdin?
Hansı xain bir şəfəqə ilişdin?
Ondan doğdun bu naxələf çocuğu.
Tez ol, göstər!..

İdeal

(qorxu və həyəcan içində)
Ana, ana kimdir bu?

Şeytan ayağını yerə vurur, Zülm və Fəlakət hazır olur, İdeal onları gördükdə daha da
həyəcanlanır.

Bu qorxunc simalar bax, ana, kimdir? Sanki məni boğmaq, əzmək istəyir. Dəmir barmaqları başdan-başa qan!

İnsanlıq
Qorxma, oğlum, onlar da adi insan.

İdeal
İnsan bumu?

Şeytan
Budur, ey xain çocuq!

İdeal
Bunlarda mərhəmət, ədalət heç yox, Hamısı qan tökən, qan içən cəllad.

Zülm
Çaşma, ey naxələf və azğın övlad!

(Zülm qanadı ilə İdealı vurur)

İnsanlıq
Haqq eşqinə, dəymə xəstə oğluma,
Mərhəmət et, yaxın gəlmə, toxunma.

Şeytan
Mərhəmətdən mərəz doğar, deyərlər,
Nankor, sənə nələr verdim mən, nələr!
Sərvət verdim, dövlət verdim, şan verdim, Məmləkətlər, ölkələr fəth etdirdim.
Şöhrət üçün səltənətlər qurdurdum,
Dəbdəbəyə, təntənəyə uydurdum.
Yapdırdın hey şəddadanə saraylar,
Dörd yanında qulam, kəniz, alaylar.
Ordu çəkdin, düşməndən taxt-tac aldın, Məmləkətlər yakdın, yıxdın, bac aldın.
Xəzinələr əldən-ələ keçirdin,
Rəyasətin iksirini içirdin.
Qazandınız sərvət, şövkət, şöhrət, şan,
Anladınız nədir o miskin insan?
Sizə daha nələr, nələr verdim mən,
Bunlara qarşı hər halda derdim mən,
Başqasına könül verməzsən, lakin...

İnsanlıq
İncitməyin oğlumu.

Şeytan
Sus, ey miskin!

Zülmət və Fəlakət qanadları ilə İdealı vurur.
İnsanlıq onu müdafiə edib yalvarır

İnsanlıq
Allah üçün vurmayınız, bu əllər
Sizdən bir mərhəmət, ədalət bəklər.

Zülm
Bütün yer, göy bu araya yığılsa,
Atəş alsa, tamam yanıb kül olsa,
Bizlərdən mərhəmət mahal əmrdir.

İnsanlıq
Ey haq! Gözün bizi heçmi görməyir?

Şeytan
Haq da, həqiqət də mənəm, bunu bil!
Adəm oğlu qoy olsun alçaq, səfil!

(Şeytan İdealı vurmaq kimi bir vəziyyət alır)

İnsanlıq
Toxunmayın, ah, insanlıq eşqinə!

Zülm
Sus, ey qarı, insanlıqdan mənə nə?
Sən ey miskin insanlığın anası,
Mənə yaddır bu sözlərin mənası.
Mənə şəxsi mənfəətimdən danış,
Beşikdəykən oldum onunla tanış.
Mən tək onun ruhuyla bəslənmişəm,
Öz xeyrimi güdmək olmuşdur peşəm.
Mən yaşayım, aləm məhv olsun, batsın,
Kaş istəyim mənim vaxtında çatsın.

Şeytan
Bu sözlərin ildırımdan qüvvətli,
Bir həqiqət ki, topdan da dəhşətli.
Afərin bu parlaq, doğru sözlərə!

Zülm

Belə səfil, uçuq, ölgün üzlərə

Baxdıqca ruhum, ürəyim şadlanır.

İnsanlıq

Mərhəmətsiz! Ruhun, qəlbin aldanır,

Aldanır hey nəfsin kimi şeytana.

İdeal

(həyəcanla İnsanlığa sarılaraq).

Gəl-gəl, qanadlanıb uçaq bir yana!

İnsanlıq

(şəfqətlə)

Pərəstiş etdiyim oğlum, nereyə?

İdeal

Bu aləmdən çox uzaq bir kürəyə.

Şeytan

(istehza ilə)

Uçanmazsan! Qanadların əzilir.

İdeal

Bu aləmdə insan insan gəmirir.

Yer, göy bütün qandır, ana, qandır, qan!

(Acı və sönük bir qəhqəhədən yatağına düşər)

İnsanlıq

Sən yardım et oğluma, ey yaradan!

Yox olasan səni ah, ey Fəlakət!

Fəlakət

(hiddətlə).
Qadın, mən ki daim tapdıqca fürsət, Sizin ilə tanış olandan bəri,
Durmamışam bir an xidmətdən geri.

İnsanlıq
Durmadın, sən qəlbimizi gəmirdin. Şeytan ilə əlaqəyə hey girdin.
Ey Ədalət, ey Mərhəmət, ey Vicdan!

Şeytan
Biz varkən onlar olanmaz hökmran.

Ədalət, Mərhəmət və Vicdan sağ qapıdan daxil olur.

Vicdan
Alicənab qadın, nədir istəyin?

İnsanlıq

(heyrətlə)
Siz kimsiniz?

Mərhəmət
Bizlər, adın çəkdiyin.

Vicdan, Ədalət.

İnsanlıq
Ey mələksimalar,
Xəzan vurmuş yarpaqtək oğlum inlər. Haqq eşqinə, balamı qurtarınız!
Kimsəsizdir yetim.

Ədalət
Əmin olun siz!

Vicdan

(İdealı diqqətlə süzdükdən sonra).
Dəhşətlidir bu xəstənin əhvalı,
İnsanlığın ölgün, solğun idealı!
Milyon illik tarix alnında zahir,
Gələcək də dumanlıdır kim bilir?!
Halın isə acınacaq bir haldır,

Şeytan
Bu haldan qurtarmaq ona mahaldır.

Ədalət
Tez qurtulur, təmiz vicdan olarsa.

Zülm
Məncə bütün dünya, aləm yığılsa,

qurtulmaz!

İdeal
Bir saçma sözdür bunlar,
Ədalət, Mərhəmət, Vicdan qurtarar.

Şeytan
Hər birinin qarşısında min güc var.

Vicdan
O güclər bir anda olar tarmar.

Şeytan
Fəlakətə qarşı varmı bir qüvvət?

Mərhəmət
Parlar səadət, məhv olar fəlakət.

Zülm
Məhv olmayınca biz, o da məhv olmaz!

Ədalət
(əlini qılıncına uzadaraq, amiranə)
Çəkilin tez, haydı alçaq, yaramaz!

İnsanlıq
Üstümüzə qanad aç, ey Səadət!

Şeytan
Nə durmusan? Ey sütunlu Fəlakət!

Ədalət

(qılıncını çəkərək)
Bax! Bu qılınc haqsızları titrədir.

Zülm

(qılıncını çəkərək)
Bax bu qılınc ondan daha kəskindir.

Ədalət
Sözlə deyil, işi əməl bildirir.

(hücum edər)
Al, yaramaz!

Zülm

(yıxılır)
Bitdim, tükəndim, eyvah!

Mərhəmət
Məhv ol, gəbər, haqqa köməkdir Allah!

Vicdan, Ədalət və Mərhəmət şən və müzəffəranə bir vəziyyət alaraq, qadına və ço-
cuğa yaxınlaşırlar

Mərhəmət
Ey ana, ey oğul, açıl, gül, sevin!
Bundan sonra artıq olun siz əmin!

İnsanlıq
Çox sağ olun, min-min təşəkkür sizə,
Çətin gündə kömək etdiniz bizə.

Bu aralıq zülm yavaşca durar, kimsə görmədən sol qapıdan çıxar, daha sonra
Şeytan çıxar, Fəlakət sağ qapıdan qaçmaq istərkən Səadət daxil olur
və Fəlakəti yaxalayaraq

Səadət
Getmə! Dur! Mərhəmətsiz, alçaq, azğın! Artıq yetər, yetər bidad etdiyin.
Al haqqını!

Fəlakət

(yerə yıxılır)
Uf, məhv oldum, ey alçaq!

Mərhəmət
Ucalacaq daim, alçalmayacaq.

Vicdan
Zalimlərdən alacaqdır intiqam.

Səadət nurani qanadlarını qadınla çocuğun üstünə açar, səhnə aydınlaşır.

Mərhəmət

(İdeala yanaşıb)
Dur, oğlum, dur!

İdeal
Hələ deyiləm sağlam.

İnsanlıq
Oğlum, dur ki, məhv oldu şum Fəlakət Üstümüzdə qanad açmış Səadət.
Hər zaman zülməti görən gözlərin,
İndi işıq görsün, bir az sevinsin.
Bax necə parlayır Ədalət, Vicdan,
İçimizdə haqq olmaqda hökmran.
Çiçək kimi açıl, gün kimi parla!
Dur, oğlum, dur, insanlığı alqışla!

İdeal
Hay, hay, ana, bu işığa aldanma!
Bir gül açılmaqla bahardır, sanma.
Barmağımın ucundan diqqətlə bax!

Səhnənin işığı azalır, arxa qapı açılır, duman, tüstü, alov içində bir səhra görünür, il-
dırım şiddətlə çaxır, qorxunc səslər eşidilir. İdeal səhranı göstərərək

Qan içində üzür sərasər afaq,
Yer, göy bütün atəş, dumandır, qandır, Zülmün dəmir pəncəsi hökmrandır.
Vuran, boğan, ölən, əzən, əzilən,
Qovan, qaçan, düşən, kəsən, kəsilən. Bunlar deyilmidir sənin övladın?
Hamısı da vəhşi, zalım və azğın.
Hər yerdə bax, insan insan gəmirir.

İnsanlıq
Buna, oğlum, yoxmu bir çarə, tədbir?

İdeal
Var, ana, var, bu dərdə yalqız dərman, İslah etsin özünü hər bir insan.
Uymasın öz içindəki iblisə,
Bir yamanlıq eyləməsin heç kəsə.
İnsanlığın mənasını öyrənsin,
Sağlam əqlə, təmiz qəlbə güvənsin.

Sarılsın bu sevimli qüvvətlərə,

Zülmətlərdən uzaqlaşsın bir kərə.

Bu sözümü tutsa, parlar iqbalım,

İnsanlıq

Sən parlasan, çiçəklənər amalım.

İdeal

Getməliyəm mən içinizdən hələ.

(Qanadlanıb uçmaq istər)

İnsanlıq

Məni kimə buraxırsan bu dərdlə?

(İdeal Səadətə, Ədalətə, Mərhəmətə işarə edərək)

İdeal

Ədalətə, Mərhəmətə, Vicdana,

Onlardan sən, ana, bir an ayrılma!

Hər əmrinə, hökmünə qıl itaət,

Bu itaət sənə verər səadət.

(Üzünü onlara tutaraq)

Sən ey insanlığın işıq məşəli!

Haqqın bükülməyən qüvvətli əli!

Bu anamı sizlərə təslim etdim,

Kömək olun, mən içinizdən getdim.
(İdeal rəngin şəfəqlərə bürünüb yavaş-yavaş göyə ucalır)

İnsanlıq

Bay, nə qədər gözəlləndi, mələyim!

Gəl yanıma, gəl, nazənin diləyim.

Gəl, könlümü yar, içində tut məskən.

Sarıl mənə, bir an getmə gözümdən.

Şəfəqlərin könlümü aydınladır. Sönük, acı həyatıma bal qatır.
Dostlar, nədir məndə bu nazənin hal?

Ədalət
Gülümsəyir bəslədiyin İdeal.

Vicdan
Şəfəqlərin qanadında yüksəlir.

İnsanlıq
Baxdıqca, ah, gözlərimə nur gəlir.
Uf, mələyim, sevgili idealım!
Sənsiz necə keçər həyatım, halım?! Ey Səadət, ey dostum, ey parlaq nur! Anasına oğlunu tez qovuşdur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets