Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.

Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

– Xoruz qardaş, nə gözəl səsin var. Sənin səsin bu çöldə ötən bülbüllərin səsindən də ürəyə yatımlıdır. En aşağı, dost olaq. Mən bir dəf tapıb çalım, sən də oxu, ikilikdə bu yaşıl çəməndə gözəl gün keçirək.

– Yox, tülkü baba, – deyə xoruz ona cavab verdi, – Mənim vaxtım yoxdur. Kef məclisini qoyaq sonraya. Bu gün başım çox qarışıqdır.

– İşinin adı nədir?

Xoruz cavab verdi:

– Tülkü baba, bu çöl mənə babamdan qalıb. Burada mən bir kənd salmaq istəyirəm.

– Elə isə en aşağı, bu yerdən mənə də bir parça ver, özümə bir ev tikim. Gecə-gündüz sənə dua edərəm.

Xoruz vüqarını pozmadan cavab verdi:

– Bu işə mənim mühəndisim baxır, get, dərdini ona söylə, o sənə bir parça yer ayırıb verər.

Tülkü elə sandı ki, xoruzun mühəndisi bir toyuq olacaq. Ona görə də tez soruşdu:

– Sizin o mühəndis haradadır?

– Odur, ağac altında yatır.

Tülkü ağac altını gəzərkən Alabaş it onu gördü. Tez qalxıb tülkünün üstünə cumdu. Tülkü qaçdı, it qaçdı, qarşıya bir uçurum çıxdı. Tülkü uçurumu görüb tez geriyə döndü. Yenə həmin ağaca tərəf qaçmağa başladı. Ağacın yanından keçərkən xoruz ucadan soruşdu:

– Tülkü baba, ölçdüyün bu qədər yer sənə bəs deyilmi? Dayan!

Tülkü cavab verdi:

– Danışmağa vaxtım yoxdur, ancaq bu boz mühəndis sənə yaxşı kənd abad edər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Yeddinci fəsil

Əşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.

190924 min
Səkkizinci fəsil

Yay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.

190917 min
Doqquzuncu fəsil

Qızı olduqdan sonra Əşrəf Sonaya ancaq bir ana kimi baxırdı. Qəlbinin içini dolduran əvvəlki səmimiyyət və məhəbbət get-gedə sönməyə və boşalmağa başlayırdı. O, indi müxtəlif bəhanələrlə gecələr evə vaxtsız qayıdır, rəftarında, hərəkətlərində Sonaya qarşı əvvəlki qədər səmimi görünə bilmirdi. Sona isə eşqini kimsə ilə bölüşmək istəmədiyindən gecə-gündüz onun keşiyini çəkir, dəlicəsinə sevdiyi Əşrəfini özünə bağlamaq üçün çarələr düşünür və onu dərhal tətbiq etməyə çalışırdı. Lakin bunların səmərəsiz və təsirsiz qaldığını və ailə həyatındakı sevgi və səmimiyyətin Əşrəf tərəfindən gündən-günə ayaqlanıb, insafsızcasına tapdalandığını gördükcə kədərlənirdi. O çox düşündü, bir çox tədbir və çarəyə əl atdı, amma heç biri fayda vermədi. Son tədbir olaraq bir gün:– Əşrəf, teatra gedəndə məni də özünlə apar, – deyə yalvardı.

190920 min
Onuncu fəsil

Əhməd Əşrəfin təsiri altına düşdükdən sonra Zəki ondan əlaqəsini tamamilə kəsmişdi. Bir gün küçədə Əhmədlə qarşı-qarşıya gəldi. Üzünü çevirib keçmək istərkən Əhməd onun qolundan tutub:– Bura bax, üzünü çevirib keçmə! – dedi.

19097 min

Poems by other poets