Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,Ruzgarı bu xaneyi-dünyani,Xülasə başıma dar etdin fələk

Görüm xarab olsun belə dövrani,Dar etdi başıma bu gün dünyani,Mehnət firaqi, dərdi-hicrani,Hər tərəf üstümə car etdin fələk

Zülmlə ayırdın şux dilbəri,Ağuşi-xak etdi ol səmənbəri,Urdun cigərimdən zəxmi-şəşpəri,Olunca mənimlə var etdin fələk

Eyşü işrətimi etdin fani,Endirdin üstümə bəhri-Ümmani,Həlqeyi-zülfilə çeşmi-şəhlani,Sakini-xaneyi-mar etdin fələk

Çəkmisən sinəmə dağ üstdən dağı,Eylədin aləmdə qəmlər tapdağı,Dağıtdın bisatı, pozdun nurağı,Məndən ötrü əcəb kar etdin fələk

Gülşən eyşimi eylədin xəzan,Bisat bülbülü pozdun nagahan,Kəsrəti-zülmdən əsdi bir tufan,Həsrəti-didari-yar etdin fələk

Həmişə mailsən bu təmənnaya,İləyəsən zülmü hər binəvaya,Rəhm mürvət nə bir kimsəyə,Nə də bir kimsədən ar etdin fələk

İmrana əcəldən içər bir badə,Vüsal həmdəmə yetsin üqbada,Nə lazımdır qalmaq belə dünyada,İşimi ahilə zar etdin fələk

Random poem

Poems by other poets · Fate