Bir məktuba cavab
Bir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.Bir qasidi-xoşxəbər, hünərvər,Yəni rəvişi kəmali-şəkkər,Cünbani-səlasili-müvalat,Həm baniyi-xaneyi-məalat,Ramidehi-xatiri-rəmidə,Şadidehi-qəlbi-qəmrəsidə,Məktubi-şərifini gətirdi,Dildən qəmü qüssəmi götürdi.Nə namə ki, məhz ruhə rahət,Sərməşqi-fəsahətü bəlağət!Dil bəzmini eylədi münəvvər,Can bağını qıldı tazavü tər.Bər verdi ümidimiz nihali,Dil mənzili qəmdən oldu xali.Məzmunu çün oldu cümlə məfhum,Rəf oldu könüldə dərdi-məğmum.Təsnimi-həvayi-inbisatı,Açdı dil ara güli-nişatı.Hər nüktə ki, olmuş idi izhar,Dil oldu qamusuna xəbərdar.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-bir-mektuba-cavab-bir-veqti-xoceste-hiyni-xurrem
Use ← → keys to move, R for a random poem
More by this author
Ol zülfdən olmaz dili-bimar xilas,Zəncirdən olmaz bu giriftar xilas,
Etdim ona hər dəqiqə yüz min ixlasEtdim ona hər dəqiqə yüz min ixlas,Bir şişeyi-meyi-lütfü mənə olmadı xas.
Kəsdim o ləbi-ləlfəşandan rəğbətKəsdim o ləbi-ləlfəşandan rəğbət,Ol sərvi-qədü qönçə-dəhandan rəğbət.
Ey badi-səba, kuyinə yarın güzər etEy badi-səba, kuyinə yarın güzər et,Bir qeyr kəs olmasın yanında, nəzər et,