Misal (Bir nəfər əhli-hal edibdi sual)
Bir nəfər əhli-hal edibdi sualMürtəzadən ki, ey sipehri-kəmal,Nədir elmi-nücumdə rəyin,Varmı təsiri Zöhrəvü Ayın?Dedi: – Ol afitabi-çərxi-ülum –Ki, əsərsiz deyil cəhanə nücum,Nəfsiz elm yoxdur aləmdə,Nurdir elm qəlbi-adəmdə.Dedi iyzəd səmani zati-büruc,Bircə kövkəb qılır nüzulu üruc,Şərh edibdir mənazili-qəməri,Vardı bu cümlə kövkəbin əsəri.Ulduza and içibdi bari-xuda,Gör ki, “Vənnəcmdə” nədir məna.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-misal-bir-nefer-ehli-hal-edibdi-sual
Use ← → keys to move, R for a random poem
More by this author
Dünya üzü sərbəsər əgər hur olsun,Girməz gözümə yüz gözü məxmur olsun.
Var aləm ara şöhrəti İslambulunVar aləm ara şöhrəti İslambulun,Həddəndi füzun dövləti İslambulun,
Dərbənd həsarı Səddi-İskəndərdirDərbənd həsarı Səddi-İskəndərdir,Hər bir daşı mərmərdən onun behtərdir.
Dərbənddə Şüai, Qümri oldu şairDərbənddə Şüai, Qümri oldu şair,Qümrinin olub indi kitabı zahir,