Yenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,Həlqə-həlqə olub zülfi-müşkini,Maşallah, əcəb xətt və xalı var

Səfheyi-ruxsarı mahi-münəvvər,Düşüb üzünə zülfi-müənbər,Dişləri mirvari, dəhanı şəkər,Ləblərinin ağ müsəffa balı var

Gəzəsən aləmi cümlə sərapa,Tapılmaz bir belə sərvi-dilara,Verməram bir tükinə, Haqq bilir, haşa,Hər nə bu dünyanın mülk və malı var

Di gəlsin saqiyə, qursun bisatı,Mürəttəb eyləsin bəzmi-nişati,Tez olsun, yandırsın şəm'i-səmati,Döşənsin məclisə hər nə xalı var

Yanaqlar lalədir, gözlər badamı,Bağrımı qan etdi saqinin cami,Çağırın gəlsin siz Dilaramı,Dilaram Şirinin yüz məlalı var

Random poem

Poems by other poets