Bacı-qardaş
Kənddə bir tanınmış həyət-baca var,Burda günlər keçir sakit, mehriban.Bir ana, bir oğul, iki qoca var,Onu mən qocaltdım, məni də dövran.
Bir yerdə gedirik xeyirə, şərə,Cavanlar düşünür: – Yəqin həmyaşıq.Bacılar köçəndə özgə evlərə,Anamla bir evdə bacı-qardaşıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-baci-qardas
Use ← → keys to move, R for a random poem