Gecə-gündüz fəğandayam
Gecə-gündüz fəğandayam,Mənəm eşqin natavanı.Taladaram mahalları,Boş qoyaram bu meydanı.
Bilmirsənmi haralıyam?Ağlı, göylü, qaralıyam.Yüz yerimdən yaralıyam,Sinəmdə zənbur nişanı.
Hökmünlə yazdım fərmanı,Kim eylər dərdə dərmanı,Pəriyəm, şahın qurbanı,Abbassız istəməm canı.
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-gece-gunduz-fegandayam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Əlifba
Əlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
ŞairYürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
AyılmazQəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz,Ac, lüt qala daim, çəkə min zillət, ayılmaz.