Üzünü ovcuna alma, ay dəli
Çəkir ürəklərimizbu dünyanın dəmini,üzünü ovcuna alma, ay dəli,əlinlə əridəmməzsən qəmini.
Yoxsa sən də göydə nə qədər dərd varhamısını çəkib çıxmısan başa,başını döyməyə bir doğma divar,bir göy tapmamısan ovcundan başqa?
Sən də eşq sayırsan bütün dərd, qəmi?!Demək sən də dərdin, qəmin gülüsən,hər an da yenidən, yeni bir eşqləunudub sevirsən sevdiklərini,demək, sən də dəlilər dəlisisən?
Üzünü ovcuna alma, ay dəli,göyə təzə ulduz çıxıb,uçum sənə ulduz dərim,İsti-isti istəmirsən?!Qoy soyusun, bumbuz dərim,xoşun gəlmirbu gecəki ulduzlardan?!Gözlə, sabah, gündüz dərim.
Üzünü ovcuna alma, ay dəli,Yazıqdı, vallah, Allah da,çəkir hamının dərdini,bir dərd bəs olmur heç kəsə,qoyur üstünə dördünü,zalımlaşdıqca adamlardaha fağır olur Allah,
çəkir hamının dərdini,birin yerinə dördünü.
Üzünü ovcuna alma,Qaldır başını, ay dəli,Ay Allahın zalım gülü,Allahın ürəyində dəşan bağlayan min yara varsimli-simli, saçma-saçma,birin də sən açma, dəli.
Qaldır başını görüm,üzün, gözün, göz yaşlarınovcunda soyuyur sənin,lap Tanrının üzünəcəngözlərin böyüyür sənin,uzanır gözünün yaşı,uzanır ovcun, əllərinTanrı üzündə qalmağa,uzanır Tanrı üzünübu dünyanın ən qəmli,ən qərib üzü kimiöpüb ovcuna almağa.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-uzunu-ovcuna-alma-ay-deli
Use ← → keys to move, R for a random poem
More by this author
Bu şeri Bəylə ikimiz bir yerdə yazmalıydıq.Bəy mənə Savalan dağı haqqında xeyli danışmışdı, biz bu şeri Bəyin, həm də mənim istədiyimiz şəkildə, Tanrıya qovuşan və bizi də qovuşduracaq bir qanadlı dağ, bir İlahi sevgi şəklində yazacaqdıq. Və yazdıq da: Həm də şerdəki kimi təkcə Savalan yox, Bəy də Tanrıya qovuşdu. Ancaq, canım, gözüm, nə bu cəhd bitər, nə də Tanrıya qovuşma.
Ölüm – ən uzağa, ən ucaya uçmaqAzadlıqçün ağlayan oğlan,elə azadlıqdı azadlıqçün ağlamağın,
Ancaq ulduzlara dəyən qılınc pəncərəsindən olduğutək görünər düşmən«Ancaq Elçibəyçün» silsiləsindən*A göy, a göy, gördünmü
Qanadlan, uç, zalım Şuşaşairin göyə çevrilib Şuşanı azad etməsi*Qanadlan, qalx, gəlirəm,
Poems by other poets · Divine love
ستاره کوکبه آفتاب خرگاهی
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yetQərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!