Yarım nə gözəl geyinib, əlvan bəzənibdir,Balapuşi-yaşil,Gülşəndə, sanasan, güli-xəndan bəzənibdir,Xurşidə müqabil.Sübhi duruban cilvə verir iki yanağə,Dünyaya salır nur,Bir hüsni-bədi-tələti-taban bəzənibdir,Xoş rövnəqi kamil.Fitnə gözünə sürmə çəkib, qaşinə vəsmə,Can almağa durmuş,Hər qəmzəsi bir afəti-dövran bəzənibdir,Bir qəmzəsi qatil.Ənbərmi və ya müşki-Xətən, reyhan iyidir,Hərdəm gəlir ondan,Səndəl qoxulu zülfü pərişan bəzənibdir,Qarətgəri-kamil.Vaqif, nə tamaşə, nə əcayib, nə qiyamət,Ərər xəcil oldu,Ta gördü ki, ol sərvi-xuraman bəzənibdir,Aləm ona mail.Ya rəbbi, bu şəhrə, o üzü mah gələydi,Gedəydi bu zülmət,Məcmueyi-xubana şəhənşah gələydi,Edəydi ədalət.Hicran, mənə sən çox elədin zülmü sitəmlər,Səndən edərəm mən,Fəryadıma ol xosrovi-dərgah gələydi,Gör kim, nə şikayət.Biləydi ki, Fərhad kimi təlxməzacəm,Bir dadə yetəydi.Ol ağzı şəkər, sözü şirin xah gələydi,Edəydi inayət.Vaqif, gecələr eyləmək olmaz qəmə dərmanGər olmasa həmdəm,Allahdan olub lütf o həmrah gələydi,Qıl gündə mübahət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets