Royal
Gecədir,gözlərim açılır, yumulur.Gecəm qotur,qaranlığım kələ-kötür.Yuxusuzluğunuzun muğamınamığmığa züy tutur...Gecə oxuyuram,ömrümü toxuyuramkainat koridorlu,kainat qapılı,kainat pəncərəli,vaxt emalatxanasında.Kainatın İnsanxanasında...Düşür yerə cında-cındaarzularımın bir vaxt möhkəm,yumşaq parçası.Dolanıryer üzünüürəyimin, düşüncəmin qaraçısı.Günəş dilində,torpaq dilində,yağış ləhcəsində,külək ləhcəsindəanlamadığımmin səs eşidirəm.Yaşayıraməllərimi səbrimin cibinə soxubəcnəbilər arasında.“Küləkcə-Məncə”,“Məncə-Yağışca”lüğətlər olsaydı...Sürünürəm arzu-arzu,dilək-dilək.
BüdrəyirəmÇarli Çaplinin əsasıtək.Qar yağandaqağayıların yuxusudüşündürür məni,üşüdür məni...Və bu seyrək,ürkəkgecənin qapısındanəhəng Sfinks heykəlitəkdayanıb royal.
Qara royal, royalım,rəngarəng röyalarım...Otaq soyuq idi,döşəmənin parketiçarlston rəqsinəbənzəyirdi.— Sabahın xeyir.— Salam, salam.— Dünən niyə gəlmədin?— Allaha and olsun, vaxtım olmadı.— Sabah gələcəksən?— Yox. Vaxtım olmayacaq.Bu gün mən səni gözləmirdim.Sən həmişə Sabah yaDünən lazım olursan.Gün isə həmişə Bu gün olur.Döşəmənin parketiçarlston rəqsidir...
Şəhərə qar yağırdıqərib-qərib.Şəhərə qar yağırdıqəlib-qəlib.Moskva qış idi,Moskva yaş idi...
Beş ay palçıq səsi,beş ay“kimsəsizlər kimsəsi”,beş ay kilsə kölgələripalçıq olmuş qar üstündə...
Qaynayırdıəqidəninən yekə qazanı,yayılırdı şəhərəyumşaq,qar əzanı...
Metro qoxusunuunuda bilmirəm.Baca tüstüsünüsevdiyimtək,Buzovna qayalarınısevdiyim qədər,sevirdim səni, Yana!Yana,Yanacığaz,Polyak qızı!Ağlım olsaydı onda,Allah olsaydı onda,bir dəfə də öpərdimsol əlinin ovcundan.
Polşadagözəl plakatlar çəkirlər,Yana.Nə?Nədən danışımindi səninlə?Qara maşındaqapqara zəncilər gedirlərKremlə.
Vittorio Hassmanolmuşdu Hamlettəkbaşına.MənəNovruz bayramındaanam nə göndərəcək?Tik-tik-tak...Dostum şeirlərimi köçürürmakinada.Telefon zəngi...telefon dəstəklərimizinqantel dövrü başlanıb.Az ağla, bacım...Yarpaq-yarpaq,budaq-budaq,ağac-ağacmeşə.Burda qarqar rəngindədir.Ətrafdakilsə-kilsə,monastır-monastır,məzar-məzar,zavod-zavodRusiya izləri.Meşə qar rəngindədir.Uzaqdaəsgərlər addımlayır.İnsanlarabənzəyirlər uzaqdan.Kimdir orda bağıran?Bayramlı, bayraqlı insan axını.Kimdir orda bağıran?Şair pıçıldayırözü-özünə...Vətəndaşıydımkədər məmləkətinin.
Bir sən,bir şəhər,bir qatar varıydı,min mən.Vaqonundar daxmasındanbaşlandı ayrılıq...
İndi mühacirəmayrılıq məmləkətində...Bu şəhər yenə Bakıdır.Göy üzüxoş xatirətək ilıq,balıq-balıqparlayır şəhəryağışdan sonra.Dənizyenicə doğmuşana üzütək aydın.Müharibə qaçqınlarıyladolmuş gəmitəkaralanır limandan,ayrılır məndən,qara yelkənini qaldırmışroyal...
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-royal
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey büti-tutizəban, gəl ki, məqalın istərəm,Təşneyi-didarinəm, abi-zülalın istərəm.
HicvEy Qəməndat şəkli cümlə əmir və əyan,Yox imiş gerçəyi aslan təki bir yaxşıca xan.
Vaxtı deyilQılınc səslənirsə dinən olmasın,Döyüş köhlənindən enən olmasın,
MənəGün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,