Yoxdur daha sənin gözünün yaşı.
Yoxdur daha sənin gözünün yaşı.Sevincdən ağlanan günlər qurudu,İndi yüz meşəni bir ocağa çat,Tüstüsü ucalmaz, görünməz odu.
Quşlar yaralanıb, uçanda göydə,Torpaq dizi üstə düşüb, ağlayır,Qayaya dayayır sırtını külək,Yağışın yolunu bürkü bağlayır.
Çürüyən ağaclar ölüm qoxuyur,Otların üstüylə salınmır cığır,Buludlar yenə də min şəkil alır,Çaylar əvvəlkitək dənizə axır.
Aləm çaşıb qalıb, hər şey qarışıb,Aşıq yuxusunda kökə gəlmir saz,Kaş ki bircə günlük geri dönəydin,Gözlərin yenə də dolaydı bir az...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-yoxdur-daha-senin-gozunun-yasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nə yanar kimsə mənə atəşi-dildən özgə,*Nə açar kimsə qapım badi-səbadan qeyri.*
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Ağ gül, qırmızı gül, illah sarı gülYarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.
Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mənCumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən,Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən.